Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ qanunvericisi İsrail prezidentinin Azərbaycana səfərinə görə dövlətimizin başçısına minnətdarlıq edib

ABŞ qanunvericisi İsrail prezidentinin Azərbaycana səfərinə görə dövlətimizin başçısına minnətdarlıq edib

20.08.2009 [00:59]

ABŞ-ın Kaliforniya ştatının Assambleya üzvü Bob Blumenfild Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğuna rəsmi məktub ünvanlayıb. Məktubda  B.Blumenfild iyunun 28-29-da İsrail Prezidenti Şimon Peresin respublikamıza rəsmi səfərinin baş tutması ilə bağlı Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlığını ifadə edib. ABŞ qanunvericisi yazıb ki, bununla Prezident İlham Əliyev Yaxın Şərqdə sülh və əmin-amanlıq, eləcə də həmin bölgədə tolerantlıq və plüralizm prinsiplərinə sadiq qaldığını nümayiş etdirib. Bob Blumenfildin məktubunda deyilir: “Mən bildiyimə görə, bu dəyərlər Azərbaycanın gündəlik həyatında öz əksini tapmışdır. Dünyəviliyin hökm sürdüyü cəmiyyətinizdə yəhudilər digər vətəndaşlar kimi bərabər dini hüquqlara malikdilər”.
Kaliforniya Assambleyasının üzvü diplomatik nümayəndəliyimizdən Prezident İlham Əliyevə dərin təşəkkürünü çatdırmağı xahiş etmiş və bildirmişdir ki, Şimon Peresi Bakıya dəvət etmək haqqında dövlətimizin başçısının qərarını ürəkdən alqışlayır.

Paylaş:
Baxılıb: 1083 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31