Hikmət Babaoğlu: ATƏT-in media azadlığı ofisinin münasibəti qərəzlidir
16.01.2018 [10:17]
“ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlen Dezirin Azərbaycanın ünvanına səsləndirdiyi fikirlər cəfəngiyatdan başqa bir şey deyil və siyasi şantaj xarakteri daşıyır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Azərbaycanda söz, mətbuat azadlığının təmin olunduğunu deyən baş redaktor bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığının təminatçısı Prezident İlham Əliyevdir.
H.Babaoğlunun sözlərinə görə, Azərbaycan o ölkələrdəndir ki, burada jurnalistlər, media azaddır və heç bir senzura yoxdur: “Üstəlik bütün internet resursları Azərbaycan vətəndaşlarının və internet istifadəçilərinin üzünə açıqdır. Heç bir şəkildə, heç bir internet resursu jurnalistlər və ya informasiya istehlakçıları üçün əlçatmaz deyil. Belə olan halda, söz azadlığının məhdudlaşdırılmasından söhbət belə gedə bilməz. Azərbaycanda informasiya cəmiyyəti mövcuddur. Bu informasiya cəmiyyəti informasiya istehsal və istehlak etməkdə tamamilə sərbəstdir. Azərbaycan Prezidenti ölkə jurnalistlərini özünün köməkçisi, jurnalistlərimiz də Azərbaycan Prezidentini özlərinin böyük hamisi və dostu hesab edirlər. Bu, Azərbaycan reallığıdır”.
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik” reytinqində Azərbaycanın ölkəni idarə edən siyasətçilərə ictimai etimad məsələsində birinci 20-likdə yer alan ölkələrdən biri olduğunu xatırladan deputat deyib ki, əslində bu münasibət dolayısı ilə həm də Azərbaycan jurnalistlərinin mövqeyidir: “Bir müddət öncə ATƏT-in “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Hollandiya şirkəti Azərbaycanda prezident seçkiləri ilə bağlı sorğu keçirmişdi. Həmin sorğuda prezident seçkiləri keçirilsəydi, kimə səsə verərdiniz? sualına cavab verən iştirakçıların 82 faizdən çoxu Prezident İlham Əliyevə səs verəcəklərini bildirmişdilər. Əgər söylədiyimiz məsələlər müxtəlif və fərqli rəy sorğusu keçirən şirkətlər tərəfindən də təsdiq olunursa, o zaman hansı məhdudlaşdırmadan danışmaq olar? Bu rəy Azərbaycan xalqının ümumi rəyidir”.
“Media institutu Azərbaycan cəmiyyətinin digər aparıcı institutları kimi xalqımızın azad iradəsini təmsil edir. Görünür, bəzi şəxslərə Azərbaycanı şantaj etmək üçün yeni vasitələr lazımdır. Milli maraqlarımıza zərbə vuran və onları himayə edən bəzi şəxslər konkret əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verirlər və bundan sonra da cavab verəcəklər. Ona görə də, ATƏT-in media azadlığı ofisinin Azərbaycanla bağlı irəli sürdüyü bu münasibət qərəzlidir və heç bir obyektiv əsaslara söykənmir”, - deyə millət vəkili Hikmət Babaoğlu əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

