Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq əlaqələri daha sürətlə inkişaf edəcək
27.08.2009 [01:10]
ölkəmizdə səfərdə olan Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojkonun başçılıq etdiyi nümayəndə heyəti dünən Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anıb, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə də gül dəstələri düzülüb.
Qazaxıstanlı qonaqlar Şəhidlər Xiyabanını da ziyarət edib, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızların məzarı üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Qonaqlar buradan Bakının mənzərəsini seyr ediblər.
Həmin gün Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qazaxıstanlı həmkarı Vladimir Bojko ilə görüşüb.
Kəmaləddin Heydərov müstəqillik bərpa edildikdən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə olunmuş nailiyyətlər və ölkədə aparılan islahatlar barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin tarixi çox qədim dövrlərə təsadüf edir. Hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr getdikcə inkişaf edir.
ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan K.Heydərov, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində ölkələr arasında əməkdaşlığın əhəmiyyətini də qeyd edib.
K.Heydərov deyib ki, bu səfər ölkələrimizin Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha sürətlə inkişafına təkan verəcək. Azərbaycan fövqəladə hallar sahəsində təcrübəsini Qazaxıstanla bölüşməyə hazırdır. Nazir K.Heydərov bildirib ki, Azərbaycan da, əsasən, toz burulğanları, sellərin və daşqınların qarşısının alınması sahəsində qonşu dövlətin təcrübəsindən yararlanmaqda maraqlıdır.
Bildirilib ki, Qazaxıstan və Azərbaycan Fövqəladə Hallar nazirlikləri arasında ilk dəfədir ki, Bakıda bu səviyyədə görüş keçirilir. Hər iki ölkə Xəzəryanı dövlət olduğundan, bir sıra ortaq problemlərimiz də var. ölkələrimiz neft-qaz hasilatı və ixracı ilə məşğul olan dövlətlərdir.
Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojko deyib ki, dinamik inkişaf edən Xəzər regionu ölkələrinin fövqəladə hallar sahəsində birgə əməkdaşlığına ehtiyac var. Bizim region, əsasən, neft-qaz ehtiyatları ilə zəngindir. Xəzərin karbohidrogen ehtiyatlarının daşınması zaman baş verə biləcək müxtəlif hadisələrin, məsələn, neftin dənizə dağılmasının nəticələrinin aradan qaldırılması, Xəzərin bioloji resurslarının qorunması və s. məsələlər müzakirə obyektidir. Bu baxımdan səfərin böyük əhəmiyyəti var. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra Kəmaləddin Heydərov və Vladimir Bojko Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

