/ / Milli Məclisin Regional məsələlər komitəsinin 2018-ci ilin yaz sessiyasında görəcəyi işlərin planı müzakirə olunub
Milli Məclisin Regional məsələlər komitəsinin 2018-ci ilin yaz sessiyasında görəcəyi işlərin planı müzakirə olunub
27.01.2018 [10:29]
Yanvarın 26-da Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda iki məsələyə baxılıb.
Əvvəlcə komitənin sədri Arif Rəhimzadə 2017-ci il payız sessiyasının yekunları barədə danışıb. Bildirib ki, hesabat dövründə komitə qanunvericilik sahəsində nəzərdə tutulmuş iş planına uyğun fəaliyyət göstərib. Altı iclasda səkkiz məsələ müzakirə edilib, onlardan altısı bələdiyyələrin fəaliyyətini tənzimləyən qanun layihələri olub. Həmin qanun layihələrindən beşi Milli Məclisdə qəbul edilib.
Regional məsələlər komitəsinə daxil olmuş 109 müraciət, ərizə, şikayət və təklif araşdırılıb, onlardan 61-i tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri vətəndaşların qəbuluna həssaslıqla yanaşıb, seçiciləri ilə parlamentdə və yerlərdə çoxsaylı görüşlər keçirib, onların müraciətləri ilə əlaqədar tədbirlər görüblər.
Arif Rəhimzadə bildirib ki, hesabat dövründə komitə üzvləri ölkənin ictimai-siyasi həyatında, parlamentin qanunvericilik fəaliyyətində və beynəlxalq tədbirlərdə fəal iştirak edib, Azərbaycan reallıqlarına və Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri yayıblar.
Sessiya müddətində Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyası və rayon icra hakimiyyətləri ilə birgə Cəlilabad və Qəbələ rayonlarında konfranslar keçirilib. Yerli demokratiyanın inkişafında vətəndaşların iştirakı, yerli özünüidarəetmənin inkişaf perspektivləri kimi mühüm məsələlər müzakirəyə çıxarılıb.
Latviyanın Prieli şəhərindən gələn nümayəndə heyəti ilə görüşdə bələdiyyə institutu barədə təcrübə mübadiləsi aparılıb.
İclasda çıxış edən komitə sədrinin müavini Fəttah Heydərov, deputatlar hesabatı yüksək dəyərləndiriblər. Komitənin payız sessiyasında məhsuldar işlədiyi qeyd olunub.
Sonra iclasda Regional məsələlər komitəsinin 2018-ci ilin yaz sessiyasında görəcəyi işlərin planı müzakirə olunub. Həm qanun yaradıcılığını, həm də müxtəlif tədbirləri əhatə edən iş planı təsdiqlənib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

