Bəhruz Quliyev: İnkişaf və tərəqqimizin əsasında lider-xalq birliyi və qətiyyəti dayanır
31.01.2018 [10:10]
Bu gün digər ölkələrdən fərqli olaraq Azərbaycanda təhlükəsizlik və sabitlik hökm sürür, bunun arxasında dayanan əsas faktor isə məhz lider-xalq vəhdəti, o cümlədən xalqın iradəsidir.
Bunu Trend-ə ekspert Bəhruz Quliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda irəli sürülən fikirlərə münasibətini bildirərkən deyib.
Ekspert qeyd edib ki, əgər lider-xalq birliyi mövcud olmasa, hər hansı bir inkişafdan, tərəqqidən danışmaq olmaz. Bunun isə təməli hələ 1993-cü ildə bilavasitə Azərbaycan xalqının iradəsi əsasında qoyulub: “Hələ o dövrlərdə ölkəmiz öz müstəqilliyini itirmək təhlükəsini yaşayarkən, xalqımız Ulu öndər Heydər Əliyevə müraciət etdi və Onun ölkəyə rəhbərlik etməsi üçün qətiyyətini sərgilədi. Məhz həmin zamandan Azərbaycanda lider-xalq birliyi formalaşmağa başladı”.
Bu birliyin hazırda da mövcud olduğunu deyən B.Quliyev vurğulayıb ki, cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti kimi hər zaman xalqımızın, ölkəmizin qayğıları haqqında düşünüb: “Məhz bunun nəticəsidir ki, lider-xalq birliyi uzun müddətdir öz mövcudluğunu qoruyub saxlayır və onun dayaqları tarixi əsaslara söykənib”.
Ekspert həmçinin əldə edilən nailiyyətlərin, uğurların, qələbələrin də həmin amildən qaynaqlandığını bildirib: “Ölkə başçımız da Öz çıxışında bildirib ki, bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilib. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. Bəli, əgər bu mühüm siyasi formul mövcud olmasaydı, bu gün biz hər hansı müstəqillikdən, inkişafdan danışa bilməzdik. Çünki sabitlik, sakitlik olmayan ölkələrdə nə investisiyalar qoyulur, nə inkişaf olur, əksinə ictimai-siyasi, həmçinin sosial vəziyyət bilavasitə tənəzzülə uğrayır. Lakin bizdə - Azərbaycanda tamamilə əksinədir. İstər region dövlətləri sırasında, istərsə də beynəlxalq aləmdə hətta ən aparıcı ölkələrdə Azərbaycandakı qədər lider-xalq vəhdəti, eləcə də xalqın bu istiqamətdəki qətiyyəti mövcud deyil. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Dövlət başçımızın da vurğuladığı kimi, “Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”.
B.Quliyev bildirib ki, Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının maraqlarını əsas tutur: “Hər bir Azərbaycan vətəndaşı dövlətinə olan sədaqətini daha da möhkəmləndirərsə, bu iradəsini davamlı olaraq nümayiş etdirərsə, müstəqilliyimizin əbədiliyi, dönməzliyi daha da sarsılmaz əsaslara söykənəcək, Azərbaycan dünyanın lider ölkələri sırasında öz yerini möhkəmləndirəcək, beynəlxalq aləmdə daha mötəbər söz sahibinə çevriləcəkdir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15

