Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıq genişləndirilir və gücləndirilir
15.02.2018 [10:02]
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Baronessa Emma Nikolsonu Azərbaycanda salamlayaraq, qonağın ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Böyük Britaniyanın Baş nazirinin ticarət elçisinin fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak edəcəyini qeyd edən Mehriban Əliyeva bu iclasın uğurlu keçəcəyinə əminliyini bildirib. Baronessa Emma Nikolsonla 2016-cı ilin noyabrında görüşünü xatırlayan Birinci vitse-prezident onun geniş fəaliyyətini yüksək dəyərləndirib və böyük hörmətə layiq olduğunu vurğulayıb. “Ölkələrimiz arasında əməkdaşlıq genişləndirilir və gücləndirilir”, - deyən Birinci vitse-prezident Mehriban Əliyeva bu işdə Baronessa Emma Nikolsonun rolunu xüsusi qeyd edib. Mehriban Əliyeva Azərbaycanla Böyük Britaniya arasında uzun illər mövcud olan işgüzar əlaqələrin bir çox sahələri əhatə etdiyini diqqətə çatdıraraq, enerji sektorundakı əməkdaşlığı xüsusi vurğulayıb, Azərbaycanda Böyük Britaniyanın bir sıra şirkətlərinin, o cümlədən BP şirkətinin uğurlu fəaliyyətini qeyd edib. Ümumi dəyəri 42 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan Mehriban Əliyeva bu layihənin uğurla həyata keçirildiyini və BP şirkətinin layihənin əsas tərəfdaşlarından biri olduğunu deyib. Diqqətə çatdırıb ki, layihənin reallaşdırılması ilə ilk qazın bu ilin iyulunda Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması nəzərdə tutulur.
İki ölkə arasında digər sahələrdə də geniş əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd edən Birinci vitse-prezident nəqliyyat, yüksək texnologiyalar, səhiyyə, kənd təsərrüfatı sahələrində böyük potensialın olduğunu vurğulayıb. Baronessa Emma Nikolsonun xeyriyyəçilik fəaliyyətindən danışan Mehriban Əliyeva AMAR Beynəlxalq Xeyriyyə Fondu ilə Heydər Əliyev Fondu arasında çox uğurlu əməkdaşlığı qeyd edib. Bildirib ki, İraqda münaqişədən əziyyət çəkən insanlar üçün 2017-ci ildə Baronessa Emma Nikolsonun təklifi ilə köçkün düşərgələrində şahmat turniri keçirilib. Azərbaycanın iki beynəlxalq şahmatçısı Azər Mirzəyev və Fərid Abbasov turnirdə iştirak edərək, oyunlar keçiriblər. Bu layihəyə göstərilən dəstəyə görə Baronessa Emma Nikolsona minnətdarlığını bildirən Mehriban Əliyeva Azərbaycan tərəfinin gələcəkdə də belə layihələrdə iştirak etməyə hazır olduğunu deyib.
Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizdə olmaqdan məmnunluğunu bildirib. Qonaq Mehriban Əliyeva ilə ikinci dəfədir ki, görüşdüyünü qeyd edərək, keçirilən müzakirələri yüksək dəyərləndirib. Vurğulayıb ki, müzakirələrin nəticəsi olaraq hər iki tərəf üçün böyük maraq doğuran sahələrdə uğurlu işlər görülüb. Qonaq bu fəaliyyətin davam etdirilməsini arzuladıqlarını bildirib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30

