Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın Sədr müavini Əli Əhmədov Kuba səfiri ilə görüşüb

YAP-ın Sədr müavini Əli Əhmədov Kuba səfiri ilə görüşüb

04.09.2009 [10:17]

Dünən YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marsello Kabalyero Torres ilə partiyanın mənzil-qərargahında görüşüb. Görüşdə Azərbaycan-Kuba münasibətlərinin mövcud səviyyəsi və pespektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi imkanları qeyd olunub. Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdə əldə etdiyi sosial-iqtisadi uğurlar, ictimai həyatın bütün sahələrində qazanılan ardıcıl nailiyyətlər, həmçinin, Yeni Azərbaycan Partiyasının fəaliyyəti barədə qonağa geniş məlumat verib. Marsello Kabalyero Torres Kubanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prinsipini birmənalı olaraq dəstəklədiyini vurğulayıb.
YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.

Paylaş:
Baxılıb: 1059 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31