/ / Bəhruz Quliyev: Azərbaycan mətbuatı Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması prosesində aktiv iştirak edir
Bəhruz Quliyev: Azərbaycan mətbuatı Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması prosesində aktiv iştirak edir
27.02.2018 [09:58]
“Xocalı soyqırımı mahiyyətinə görə bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir, vəşhilikdir. Xocalı soyqırımı dünya tarixində ən qəddar və amansız qətliamlardan biridir. Erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın dəstəyi ilə azərbaycanlılara qarşı məhz belə bir dəhşətli cinayət törədiblər”. Bu fikirləri yap.org.az saytına “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, ötən əsrdə ermənilər iki dəfə xalqımıza qarşı soyqırımı törədiblər. Bunlardan birincisi 1918-ci ilin mart qırğınları, ikincisi isə 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımıdır. Onun sözlərinə görə, hər iki hadisənin mahiyyətində vandalizm siyasəti, dinc, günahsız insanlara qarşı amansız qətliamlar dayanır.
“Xocalı hadisəsində yüzlərlə insan, o cümlədən, uşaqlar, qadınlar, qocalar görünməmiş vəhşiliklə qətlə yetiriliblər. Məhz bu qətliamın səbəbi də bu insanların milli, dini, etnik mənsubiyyətidir. Onlar azərbaycanlı olduqlarına görə qətlə yetirildilər. Bu hadisə baş verdikdən sonra Xocalı həqiqətlərinin dünyada tanıdılması istiqamətində dövlət səviyyəsində sistemli iş aparılır. Bu faciəyə ilk dəfə olaraq Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dünyanın bir sıra dövlətləri Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıblar. Eləcə də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” kampaniyası nəticəsində hər il dünyanın əksər ölkələrində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər keçirilir. Bu kampaniya miqyasına görə böyük əhəmiyyət kəsb edir”, - deyə baş redaktor vurğulayıb.
Azərbaycan mətbuatının Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətdə vəzifələrindən danışan B.Quliyev qeyd edib ki, mətbuatımız bu prosesdə aktiv iştirak edir. “Necə ki, cəbhədə əsgərlərimiz döyüşə hazır vəziyyətdədir, eyni vəziyyəti jurnalistkamıza da aid etmək olar. Yəni jurnalistlər də döyüş vəziyyətindədir. Çünki torpaqlarımız işğal altındadır və belə olduğu təqdirdə mətbuatımız daim mübarizədə olmalıdır. Bu gün qlobal dünya məkanında intellektual mübarizə gedir və bizim intellekt sahiblərinin də bu baxımdan döyüş meydanına çıxmasına zərurət yaranır. Və jurnalistlər ordusunun intellektual ordu olduğunu nəzərə alsaq, bu gün Azərbaycan jurnalistikası da bu prosesdə fəallığını daha da artırmalıdır. Yəni, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yalnız dövlətin vəzifəsi yox, hər bir vətəndaşın, o cümlədən KİV nümayəndələrinin əsas vəzifələrindən biridir. 26 ildir ki, dövrü mətbuatda, elektron mediada Xocalı soyqırımı ilə bağlı məqalələr, əsərlər yazılır, canlı şahidlərin iştirakı ilə filmlər çəkilir. Bu filmlər, nəşrlər xaricdə də yayılır. Bütün bunlar Azərbaycan mətbuatının Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması prosesində aktiv iştirak etdiyini təsdiqləyir. Bununla belə, gələcəkdə bu proses daha da gücləndirilməlidir”, - deyə B.Quliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

