"Xilas olunan gözəllik"...
17.09.2009 [09:58]
Dünən Bədii Sərgi Salonunda “Xilas olunan gözəllik” tekstil kolleksiyalarının bərpası mövzusunda təlim-seminar keçirilib.
Seminarı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyinin direktoru Röya Tağıyeva açaraq tədbirin məqsədindən danışıb. O bildirib ki, seminarın keçirilməsinin başlıca məqsədi təcrübə mübadiləsi təşkil etməklə yanaşı yerli bərpaçı mütəxəssislərə müasir bərpa üsullarını təqdim etməkdən ibarətdir. Görüşdən uğurlu nəticələr gözlədiklərini söyləyən R.Tağıyeva bu sahədə çalışan amerikalı mütəxəssisin Bakıya gəlməsini böyük hadisə kimi qiymətləndirib və azərbaycanlı xalça mütəxəssislərinin ABŞ-da qonaq olmasını arzulayıb.
Daha sonra, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun incəsənət və mədəniyyət proqramı müdiri Cahangir Səlimxanov çıxış edərək tekstil kolleksiyalarının bərpası sahəsində olan problemlərdən danışıb. C.Səlimxanov onu da deyib ki, müəyyən dövrləri əks etdirən eksponatlar canlı tariximiz olduğundan onların qorunması vacib məsələlərdəndir. çıxışını Azərbaycanda muzey əşyalarının bərpası sahəsindəki problemlər üzərində quran Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova bildirib ki, rəhbəri olduğu mərkəz 1957-ci ildə emalatxana kimi fəaliyyətə başlayıb, hazırda isə ölkəmizdə muzey əşyalarının bərpası ilə məşğul olan yeganə müəssisədir. “Son illər mərkəzimizin xidmətləri hətta xarici mütəxəssislər tərəfindən də qiymətləndirilir. Əməkdaşlarımız İtaliya, Türkiyə, Pakistan, İran kimi bir sıra dövlətlərdə treninqlərdə uğurla iştirak ediblər. Azərbaycanda 200-dən artıq muzey var və muzey əşyalarının bərpası ilə 23 mütəxəssisimiz məşğuldur”- söyləyən Z.Məlikova eksponatlara yeni həyat vermək üçün böyük həvəslə çalışdıqlarını diqqətə çatdırıb. Z.Məlikova bərpa olunan eksponatlardan ibarət sərginin təşkilinin vacibliyindən də söhbət açıb.
Sonda Amerika Birləşmiş Ştatlarından ölkəmizə dəvət olunan bərpaçı mütəxəssis Patrisiya Ever çıxış edərək Azərbaycanda olmaqdan məmnunluq duyduğunu dilə gətirib. Bizlərə miras qalan tarixi nümunələrin qorunmasının mühüm məsələ olduğunu xatırladaraq seminar iştirakçılarına “Tekstil kolleksiyalarının bərpası” təlimini təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

