Bu gün Azərbaycanda prezident seçkiləri günüdür
11.04.2018 [11:26]
Seçkilərin azad, şəffaf və demokratik standartlara uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb
Bu gün Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ümumiyyətlə, hər bir ölkənin həyatında seçkilər böyük əhəmiyyət kəsb edir. Demokratik şəkildə keçirilən seçkilər siyasi sistemin elementlərinin təkmilləşməsinə, vətəndaşların siyasi iştirak və sosiallaşması səviyyəsinin artmasına, onların öz aktiv və passiv seçki hüquqlarından (seçmək və seçilmək hüququ) sərbəst şəkildə istifadə etməsinə real zəmin yaradır. Bütün bunlar isə kompleks şəkildə ölkənin siyasi sisteminin demokratikləşdirilməsi prosesinə mühüm töhfələr verməklə yanaşı, siyasi subyektlərin sağlam rəqabətini də əsaslı şəkildə təmin etmiş olur. Məhz buna görə də siyasi sistemin və reallığın tələblərinə, qanunauyğunluqlarına müvafiq surətdə demokratiya yolunda addımlayan ölkələr, o cümlədən Azərbaycan üçün bu seçkilərin legitim və demokratik şəkildə keçirilməsi müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var. Mövcud Seçki Məcəlləsi ilə ölkəmizdə demokratik seçkilər keçirmək tam mümkündür.
Xatırladaq ki, səsvermə aprelin 11-də səhər saat 08.00-da başlayır, axşam saat 19.00-da isə bitir. Bu seçkilərdə Mərkəzi Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Kampaniya dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb.
Ümumiyyətlə, ölkəmizdə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur. Aprelin 11-də keçiriləcək prezident seçkilərində 5 milyondan çox Azərbaycan vətəndaşı səs vermək hüququna malikdir. Onlardan 102 mindən çoxu ilk dəfə səs verəcək. 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə seçki məntəqələrinin 18 faizini əhatə edir. Bu təcrübə 2008-ci ildən tətbiq olunur. Bu praktikanın əsas üstünlüyü veb-kameraların onlayn rejimdə fəaliyyət göstərməsidir. Dünyanın istənilən yerindən heç bir məhdudiyyət olmadan MSK-nın saytına daxil olub seçki prosesini izləmək mümkündür. Bu təcrübə Azərbaycandan sonra digər ölkələrdə də tətbiq edilməyə başlanıb.
Onu da vurğulayaq ki, Azərbaycanda keçirilən seçkilər daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin, o cümlədən digər aşkarlıq institutlarının azad və sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkə parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilib. Azərbaycanda seçkiləri müşahidə etmək üçün prosedurlar çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləmək imkanı qazanır. Aprelin 11-də keçirilən prezident seçkilərini də 1000-ə yaxın beynəlxalq, 60 minə yaxın isə yerli müşahidəçi izləyəcək. Səsvermə prosesini gün ərzində MSK-nın saytından da izləmək mümkündür.
Eyni zamanda, “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək.
Beləliklə, seçki günü Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə edə biləcəklər. Aparılan rəy sorğuları da göstərir ki, ölkə vətəndaşları aprelin 11-də keçiriləcək prezident seçkilərində yüksək fəallıqla iştirak edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

