Dağlıq Qarabağ probleminin həlli yaxınlaşır?
24.09.2009 [09:54]
Uzun illərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesi 2009-cu ildə intensivlik qazanıb. İl ərzində istər problemin həlli ilə bağlı beynəlxalq qurumların fəaliyyəti, istərsə də münaqişə tərəflərinin apardıqları müzakirələr tənzimlənmə istiqamətində ümidlərin doğrulmasına gətirib çıxarıb. Belə ki, verilən son bəyanatlar və vasitəçi qismində çıxış edən ATƏT-in Minsk qrupu həmsədrlərinin fikirləri münaqişənin yaxın zamanda həll ediləcəyi ehtimallarını gücləndirib. Münaqişənin həllinə dair bəzi detalların cəmiyyətə açıqlanması isə bir daha göstərir ki, Azərbaycanın apardığı uğurlu xarici siyasət kursu öz bəhrəsini verir.
Beləliklə, illərdir aparılan diplomatik mübarizə nəticəsində beynəlxalq aləmin dəstəyini qazanan Azərbaycan yalnız öz yolu ilə irəlilədi və nəticədə Ermənistanın işğalçı siyasətini bütün çılpaqlığı ilə ifşa etməklə yanaşı, həmin siyasətin eyni zamanda ermənilərə verdiyi ziyanı əyani şəkildə rəsmi Yerevana nümayiş etdirdi. Məhz buna görə də, bu gün münaqişənin həlli məsələsində yeni manevrlər etməyə gücü çatmayan erməni hakimiyyəti dərk edir ki, işğalçı siyasətin davam etdirilməsi dövlət olaraq Ermənistanı məhvə sürükləyir.
Bu günlərdə ABŞ-ın nüfuzlu Corctaun Universitetində “ABŞ-Azərbaycan strateji tərəfdaşlığı: yeni ikitərəfli və region ölçülər” mövzusunda keçirilən konfransda çıxış edən ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini Uilyam Berns Azərbaycanın dünyanın təhlükəsizliyinin təminatında verdiyi töhfələri önə çəkib. Onun sözlərinə görə, Azərbaycan regional təhlükəsizlik məsələlərində də hər zaman öndədir və regionda etibarlı tərəfdaşdır. Dövlət katibinin müavini bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişə ümid edir və onun həllinə kömək etməyə hazırdır. “Biz ümid edirik ki, son vaxtlar prezidentlər Əliyev və Sərkisyanın danışıqlarında müşahidə olunan irəliləyişlər onların gələn ay keçiriləcək görüşündə müsbət nəticələrə gətirib çıxaracaq. Münaqişənin mümkün həlli planı artıq neçə müddətdir bəllidir. Amma detallar da çox vacibdir və sonrakı müzakirələr hər iki tərəfin maraqlarının təmin olunması baxımından zəruri sayılır. İnanırıq ki, bütün tərəflər danışıqların bitməsi və arzulanan sonluğa çatması üçün siyasi iradə nümayiş etdirəcək. Biz bu məqsədə çatmaq üçün vaxt və səylərimizi əsirgəməyəcəyik”, deyən Berns Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin apardığı vasitəçilik missiyasının da prosesə xeyir verdiyini bildirib.
çıxışında Türkiyə-Ermənistan münasibətləri məsələsinə də toxunan U.Berns, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmasa da, Cənubi Qafqaz regionunun inkişafına təsir edəcəyini deyib: “Bundan başqa, münasibətlərin normallaşması üçün Türkiyə və Ermənistan tərəfindən atılan tarixi addımlar ümidvericidir. Bu yaxınlaşma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmasa da, hər iki proses Cənubi Qafqaz regionunu bölən və regional inkişaf imkanlarını məhdudlaşdıran köhnə problemlərin həllində mühüm əhəmiyyətə malikdir. Əgər bu mübahisələr həll olunsa, region miqyasında əməkdaşlıq, inam və kommersiya inkişafı üçün yeni qapılar açılacaq”.
Beləliklə, münaqişənin həlli ilə bağlı aparılan son danışıqların müsbət nəticə ilə yekunlaşacağına ümidlər artır. Bu arada Ermənistandan gələn xəbərlər də bir daha bunu deməyə əsas verir ki, artıq işğalçı siyasətin rəsmi Yerevanı dalana dirədiyi ermənilər tərəfindən də dərk olunur. Ermənistan başa düşür ki, əgər qlobal əhəmiyyətli layihələrdə iştirak etmək və bununla da varlığını qorumaq istəyirsə Dağlıq Qarabağ münaqişəsi mütləq şəkildə həll edilməlidir. Bu münaqişənin isə bir həll variantı var: Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Fərqli açıqlamalar verən Ermənistan hakimiyyətinin son mövqeyi isə erməni müxalifətini yenidən fəaliyyətə keçirib. Türkiyə tərəfinin diplomatik əlaqələrin yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli qarşılığında qurulacağını bəyan etməsi Ermənistanı tam “tərksilah” edib. Dünənə qədər nəyəsə ümid bəsləyən Ermənistan artıq dərk edir ki, onun varlığı, sadəcə, bir məsələdən asılıdır - Dağlıq Qarabağ münaqişəsinin həllindən.
Qeyd olunduğu kimi, Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyan Türkiyə ilə imzalanacaq protokollarla bağlı siyasi partiyalarla məsləhətləşmələr aparıb. ölkənin əsas müxalifət partiyalarını özündə birləşdirən Ermənistan Milli Konqresi isə bu məsləhətləşmələrdə iştirakdan imtina edib. Müxalifətin lideri Levon Ter-Petrosyan da təsdiq edib ki, prezident Sərkisyan həm Qarabağ məsələsində, həm də Türkiyə ilə münasibətlərdə güzəştə getməyə məcburdur: “Qarabağ münaqişəsinin nizamlanması prosesi elə mərhələyə daxil olub ki, Sərkisyanın geriyə yolu yoxdur. ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələrin prezidentləri iyulun 10-da bəyan edib ki, Qarabağ münaqişəsinin həlli prosesində birbaşa iştirak edəcəklər. Belə hadisələr adətən danışıqların yekun mərhələsində baş verir, yəni Qarabağ münaqişəsinin həlli uzaqda deyil. Bəyanat yüksək səviyyədə verilibsə, deməli, orada qeyd olunan həll prinsipləri dəyişiklik və müzakirə üçün açıq deyil. Bu o deməkdir ki, Madrid prinsiplərinin yekun variantı yenidən gündəmə gəlib. Ermənistan hakimiyyəti 10 il əvvəl imtina edilən və məğlubiyyət kimi başa düşülən varianta qayıdıb. 1997-ci ildə həmsədrlər tərəfindən təqdim olunan variant erməni tərəfi üçün daha məqbul olub. çünki bu təkliflərdə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi açıq şəkildə qeyd olunurdu və azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qaytarılması barədə bir söz yox idi”.
Göründüyü kimi, Ter-Petrosyan dolayısı ilə də olsa Azərbaycanın diplomatik uğurunu təsdiq edib. Ermənistanın keçmiş prezidenti bildirib ki, Dağlıq Qarabağın danışıqlar prosesindən tərəf kimi uzaqlaşdırılması bu məsələdə dönüş nöqtəsi olub. Bu isə həqiqətən də Rəsmi Bakının yürütdüyü xarici siyasət kursunun zəfəridir. Artıq Ermənistan hakimiyyəti və cəmiyyəti dərk edir ki, bu münaqişə mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51

