/ / Aydın Mirzəzadə: Azərbaycan və Ermənistanda seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı
Aydın Mirzəzadə: Azərbaycan və Ermənistanda seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı
25.04.2018 [09:03]
Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı. Bu barədə “Trend”ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, Ermənistanla Azərbaycan eyni vaxtda müstəqillik əldə etsə də, bu iki ölkənin inkişaf mərhələsində böyük fərq var: “Azərbaycanda demokratik prinsiplərin gözlənilməsi, qonşu ölkələrlə normal münasibət, regionda sülhün bərpasına can atması ölkəmizdə inkişafa şərait yaratdı. Azərbaycanda seçkilərdə də bu prinsiplər qorundu. Ermənistanda isə cəmiyyətlə iqtidar arasında dərin parçalanma oldu. Ermənistanın hələ də özü üçün inkişaf strategiyası müəyyənləşdirə bilməməsi bu problemləri yaratdı”.
A.Mirzəzadə qeyd edib ki, Ermənistanda seçkilər ciddi dövlətçilik böhranı çərçivəsində keçdi: “Xocalı faciəsinin qatili Serj Sarkisyanın biabırçı şəkildə istefa verməsi Ermənistan dövlətçiliyinin ümumilikdə böyük problem yaşadığından xəbər verdi. Ermənistan hakimiyyətinin qonşu dövlətlərə qarşı torpaq iddiası, Azərbaycan torpaqlarını işğal etməsi, öz vətəndaşlarına qarşı düşmənçilik siyasəti cəmiyyətin iqtidarın əleyhinə qalxmasına və sonda hakimiyyətin dəyişməsinə aparıb çıxardı. Bunun kökündə isə Ermənistanın dövlətçiliyin əsasını düzgün qurmaması dayanır”.
Deputat deyib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda dövlətçilik demokratik prinsiplər, sabitlik, mehriban qonşuluq siyasəti üzərində qurulduğundan ölkədə xalqla iqtidar arasında birlik var: “Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycanda inkişaf, sabitlik əldə edilib və Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində bu inkişaf uğurla davam etdirilir. Azərbaycanda sabitlik təmin olunur, demokratik prinsiplər getdikcə güclənir. Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz qazanmaqdadır”.
Seçki ərəfəsində və ayrı-ayrı vaxtlarda bəzi dövlətlərin Ermənistanın daxili işlərinə müdaxiləsini isə A.Mirzəzadə zəif idarəçiliklə əlaqələndirib: “Əgər kənar qüvvələr dövlətin daxili işlərinə müdaxilə edə bilirlərsə, demək, həmin dövlət düzgün qurulmayıb. Demək, həmin dövlət xarici ölkələrdən, xarici qüvvələrdən asılıdır. Azərbaycan 1993-cü ildən daxili və xarici siyasətini düzgün qurduğuna görə ölkənin daxili işinə heç bir xarici qüvvə müdaxilə edə bilməyib”.
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26

