Prezident İlham Əliyev: Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər
26.04.2018 [09:14]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 57-ci kitabı çapdan çıxıb
Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər. Biz, sadəcə olaraq, bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir. Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq, məsələni sülh yolu ilə həll etmək üçün biz hələ ki, siyasi yollara üstünlük veririk.
Ancaq sirr deyil ki, Azərbaycan gündən-günə güclənir, Ermənistan gündən-günə zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz dərəcədə artmışdır. Düşməni istənilən istiqamət üzrə bir neçə dəfə, bəzi istiqamətlər üzrə 10 dəfədən çox üstələyirik və bu fərq getdikcə böyüyəcəkdir. Çünki bizim açıq-aydın gələcəyimiz, perspektivlərimiz, inkişaf yolumuz vardır.
AZƏRTAC xəbər verir ki, “İnkişaf - məqsədimizdir” çoxcildliyinin 57-ci kitabında yer alan bu fikirlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2013-cü il iyunun 26-da Silahlı Qüvvələrin 95 illiyi münasibətilə Bakıda təntənəli hərbi paradda söylədiyi nitqindən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 57-ci kitabındakı materiallar 2013-cü ilin mayından iyulunadək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünə dair informasiya ilə başlayır.
Nəşrdə dövlətimizin başçısının Belçika Krallığına işgüzar səfəri zamanı apardığı danışıqlara, keçirdiyi görüşlərə dair materiallar, mətbuata bəyanatı, Azərbaycan Prezidentinin ABŞ, İtaliya, Rusiya, Böyük Britaniya, Türkiyə, Ukrayna, Əfqanıstan, Almaniya, Mərakeş Krallığı və digər dövlətlərin, BMT, UNESCO, ISESCO, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və İƏT-in ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə, Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaranmasının 21-ci ildönümü ilə əlaqədar paytaxtımızda təşkil edilmiş “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun rəsmi açılışı mərasimində, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, XX Beynəlxalq “Xəzər neft, qaz, neftayırma, neft kimyası” sərgi və konfransının açılışı mərasimində iştirakına dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində prinsipial mövqe nümayiş etdirib, diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl törədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Kitabda Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqinin mətni, Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişafına və ölkə həyatının digər sahələrinə dair nitqləri, çıxışları, habelə IV Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarına, Azərbaycan Qadınlarının IV Qurultayına, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV Qurultayının iştirakçılarına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumuna müraciətlərinin mətni də yer alıb.
Bu cilddə, həmçinin dövlətimizin başçısının Şirvan şəhərinə, Tovuz, Qazax, Ağstafa, Siyəzən, Xaçmaz və Şabran rayonlarına səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, infrastruktur obyektlərinin, mədəni-məişət, sosial və sənaye müəssisələrinin açılışında iştirakına dair materiallarla tanış olmaq mümkündür.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 57-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31

