Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır
15.05.2018 [09:07]
Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlərboyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Əflatun Amaşov, Rasim Musabəyov, Hikmət Məmmədov, Kamilə Əliyeva, Pərvin Kərimzadə və Naqif Həmzəyevin mayın 13-də azərbaycanlıların yığcam yaşadıqları Marneulidə rayon rəhbərliyi, Gürcüstan parlamentinin deputatları və ziyalılarla görüşündə səslənib.
Marneuli şəhərinin meri Temur Abasov tədbiri açaraq Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq əlaqələrindən danışıb, Gürcüstanın hazırkı rəhbərliyinin münasibətlərimizin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Mer bu cür səfərlərin ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, səfərin məqsədi qanunverici orqanlar arasında əlaqələrin genişlənməsinə dair məsləhətləşmələr aparmaq, eyni zamanda, burada yaşayan soydaşlarımızın həyat tərzi və qayğıları ilə maraqlanmaqdır.
Ə.Amaşov bildirib ki, Azərbaycan Prezidentinin xarici siyasətində Gürcüstan ilə əlaqələrin inkişafı xüsusi yer tutur.
Sonra Milli Məclisin deputatları, həmçinin Gürcüstan parlamentinin üzvləri Ruslan Hacıyev, Tamaz Naveriani çıxış edib, ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivlərindən, hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional enerji və infrastruktur layihələrin əhəmiyyətindən danışıblar.
Deputatlar və mer Temur Abasov rayon ziyalıların qaldırdıqları məsələlərə, səsləndirdikləri təkliflərə münasibət bildirib, suallarını cavablandırıblar.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

