Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan müstəqil enerji diplomatiyası yürüdür

Azərbaycan müstəqil enerji diplomatiyası yürüdür

30.09.2009 [15:48]

Robert M.Katler: Azərbaycan Xəzər regionunun enerji resurslarının dünya bazarlarına çatdırılmasında dəhliz rolunu oynayır
Azərbaycan Xəzər regionunun enerji resurslarının dünya bazarlarına çatdırılmasında dəhliz rolunu oynayır. Bu regionda müxtəlif dövlətlərin maraqları toqquşsa da Azərbaycan balanslaşdırılmış və müstəqil enerji siyasəti yürüdərək bütün tərəfdaşları ilə qarşılıqlı əməkdaşlıq qurub. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının nəqlində Azərbaycan diversifikasiya siyasəti həyata keçirməklə Qərb-Şərq enerji dəhlizinin müəllifinə çevrilib. Bu fikirləri ABŞ-ın enerji təhlükəsizliyi üzrə müstəqil eksperti, Kanadanın Karleton Universitetinin Avropaşünaslıq, Rusiyaşünaslıq və Avrasiyaşünaslıq İnstitutunun baş elmi işçisi Robert M.Katler səsləndirib.
Cənab Katler deyib ki, Xəzər regionunda yerləşən bəzi ölkələrin (Türkmənistan və Qazaxıstan) enerji nəqli ilə bağlı siyasətində Rusiyanın təsirləri hiss olunsa da Azərbaycanın yürütdüyü enerji diplomatiyası rəsmi Bakının bölgədə müstəqil ixracatçı kimi mövqeyini möhkəmləndirib. Qazaxıstanın da Avropaya neft nəql etdiyini xatırladan mütəxəssis, buna baxmayaraq, rəsmi Astananın ölkəmiz kimi tam müstəqil ixracatçıya çevrilə bilmədiyini söyləyib. Onun fikrincə, ABŞ və Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında enerji əməkdaşlığına dair münasibətlərin ilbəil dərinləşməsinin başlıca səbəbi də respublikamızın Xəzər regionunun mərkəzi nöqtəsinə çevrilməsidir. İki gün Bakıda səfərdə olan və müxtəlif dövlət və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirən Robert M.Katler təəssüratlarını media işçiləri ilə bölüşüb. Amerikalı mütəxəssis deyib ki, Azərbaycan onda əsil inkişaf etmiş Avropa ölkəsi fikrini formalaşdırıb. Respublikamızda dinamik inkişafın müşahidə olunduğunu qeyd edən Robert M.Katler NABUCCO layihəsinin reallaşması üçün Azərbaycanın mühüm tranzit məkanı olduğunu xatırladıb.

Paylaş:
Baxılıb: 1049 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31