Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP Qaradağ rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar toplantısı keçirilib

YAP Qaradağ rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar toplantısı keçirilib

02.10.2009 [15:18]

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar toplantısı keçirilib. Toplantıda seçkilərə hazırlığın növbəti mərhələsi ilə bağlı müzakirələr aparılıb. YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov bələdiyyə seçkilərinin ciddi sınaq olduğunu bildirib. “Biz bütün seçkilərdə qələbə qazanmışıq. Son prezident seçkilərində və referendumda seçicilər yüksək fəallıq göstəriblər. İnanırıq ki, qarşıdan gələn bələdiyyə seçkilərində də uğurlu nəticələr əldə edəcəyik” deyə rayon təşkilatının sədri vurğulayıb. A.Hüseynov qeyd edib ki, rayonda 11 bələdiyyəyə seçkilər keçiriləcək. Bütövlükdə təşkilat 115 namizəd irəli sürəcək. O, xatırladıb ki, partiya bu seçkilərdə bələdiyyələrə namizədlik məsələsində gənclərə və qadınlara üstünlük verəcək.

Paylaş:
Baxılıb: 1259 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30