Vüqar Rəhimzadə: Türk xalqı daha parlaq gələcəyinə səs verdi
26.06.2018 [09:52]
İyunun 24-də Türkiyə Respublikasının tarixində kifayət qədər mühüm hadisə baş verdi. Qardaş ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən Prezident seçildi və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası seçicilərin etimadını qazandı. Beləliklə, seçicilər səs çoxluğu ilə prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərdilər. Bununla da qardaş türk xalqı öz tarixi seçimini edərək güclü Türkiyənin daha parlaq gələcəyini təmin etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Türkiyə regionda və dünya miqyasında mühüm əhəmiyyətə malik dövlətdir: “Türkiyə Respublikası kifayət qədər mürəkkəb geosiyasi coğrafiyada yerləşir. Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr bunu deməyə əsas verir. Vurğulamaq lazımdır ki, bu region böyük “güclərin” maraqlarının toqquşduğu ən qaynar nöqtələrdən biridir. Etiraf etmək lazımdır ki, bu qüvvələrə də güclü Türkiyənin varlığı sərf etmir. Onlar hər vasitə ilə qardaş ölkəni münaqişələrin mərkəzinə çəkməyə, dolayısı ilə onu zəiflətməyə çalışırlar. Ancaq unudurlar ki, bu, mümkün deyil. Güclü, qüdrətli Türkiyə hər zaman var olub və olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dövləti müstəqilliyini daha da möhkəmləndirəcək, böyük zəfərlər qazanacaq”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Türkiyə sürətlə inkişaf edərək dünya “nəhəngləri” sırasına daxil olmaqdadır: “Bu gün dünyanın böyük dövlətləri - ABŞ, Rusiya Türkiyəni öz strateji tərəfdaşları hesab edir və onunla hesablaşırlar. Bu ölkələr qəbul etdikləri bir çox qərarlarda Türkiyənin maraqlarına xüsusi olaraq diqqət yetirirlər. Bu, bir daha onu göstərir ki, qardaş Türkiyə dünyada sayılıb-seçilən, söz sahibi olan ölkələrdən biridir. Təbii ki, bu uğurların təməlində güclü iradə, möhkəm birlik, demokratiya və digər mühüm məqamlar dayanır”.
Vüqar Rəhimzadə əlavə edib ki, Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Prezident seçilməsi Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını, strateji münasibətlərini daha da möhkəmləndirəcək, gələcək üçün yeni perspektivlər yaradacaq: “Bu gün Azərbaycan-Türkiyə birliyi dünyada nümunə göstərilir. Bu birlik tarixi köklərə, milli, dini birliyə, dostluğa, qardaşlığa əsaslanır. Bu birlik möhkəm təməllər üzərində qurulub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millər, iki dövlət”, türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” dəyərli kəlamları Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunun əyani sübutudur”.
V.Rəhimzadə onu da bildirib ki, Prezident İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradələri, qətiyyətləri sayəsində Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf edəcək: “Bu gün dünya Azərbaycan və Türkiyənin birgə imza atdıqları qlobal layihələrdən danışır. Dünyanın enerji tarixində mühüm yer tutan “Əsrin müqaviləsi”nin məhsulu olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac neft və qaz kəmərlərinin tikilib istismara verilməsi, XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi nəticəsində istifadəyə verilən TANAP, tikintisi davam etdirilən TAP Azərbaycan və Türkiyə birgə səyləri, qətiyyəti sayəsində reallığa çevrilib. Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan isə güclü Türkiyə deməkdir. Bizim gücümüz birliyimizdədir”.
Xəbər lenti
Hamısına baxSosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15

