Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir
28.06.2018 [10:05]
Ordumuz yüksək döyüş qabiliyyəti və müasir texniki-təchizat baxımından regionun ən güclü ordusudur
Məlum olduğu kimi, Azərbaycan Ordusu bu gün nəinki Cənubi Qafqaz regionunda, eləcə də dünyada ən güclü ordular sırasındadır. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsinə şərait yaradıb. Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verir. Həyata keçirilən hərbi təlimlər nümayiş etdirir ki, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır, Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir.
Yeri gəlmişkən, iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə hərbi parad keçirilib. Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub. Qeyd edək ki, Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin arsenalında olan müasir silah kompleksləri və idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib. Eləcə də bu gün dağıdıcı gücə və uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək xüsusiyyətinə malik sistemlər müvafiq bölmələrin istənilən vaxt effektiv fəaliyyətinin tətbiqini mümkün edir. Bir sözlə, Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti və texniki təminatı ən müasir standartlara əsaslanır.
Bununla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan hər bir azərbaycanlı ordumuzla fəxr edir. A.Mirzəzadə bildirib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə gəldikdən sonra bütün sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də çox böyük işlərin görülməsinə başlandı və Azərbaycanın müasir ordusu yaradıldı. Ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi bu sahədə də özünü göstərdi. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır: “Azərbaycan ordusu öz şücaətini dəfələrlə, o cümlədən 2 il əvvəl Aprel döyüşlərində, bu yaxınlarda isə Naxçıvanda, Günnüt kəndinin azad edilməsində göstərib. Azərbaycan dövləti Silahlı Qüvvələrin inkişafına ciddi diqqət yetirir, cəmiyyətdə orduya böyük məhəbbət var, dəstək var, ordu-xalq birliyi kifayət qədər yüksəkdir və bununla biz fəxr edə bilərik. Güclü ordumuzun olmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük xidməti var. Aprel döyüşləri, Günnüt zəfəri bir daha göstərdi ki, Azərbaycan Ordusunun qələbə çalacağı, torpaqlarımızı erməni işğalından azad edəcəyi gün heç də uzaqda deyil”.
Milli Məclisin üzvü Rauf Əliyev də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusunun Qafqazın ən güclü ordusuna çevrildiyini bildirib. Onun sözlərinə görə, 2016-cı ilin Aprel döyüşlərində əldə olunan misilsiz qələbə, bu ilin may ayında Naxçıvanın Şərur rayonunun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması deməyə əsas verir ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək əzmindədir: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən olub. Ordu quruculuğuna yalnız 1993-cü ildə Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra başlanıldı. Bu dövrdən etibarən ölkədəki Silahlı Qüvvələr dövlətin tam nəzarətinə keçdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır. Ümumiyyətlə, güclü ordu həm də müstəqilliyin qarantıdır. Azərbaycan Ordusunun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına inamı artırır”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də son illər ərzində məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın hərbi potensialının xeyli artdığını, ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ordumuzun maddi-texniki təchizat və döyüş qabiliyyəti artırılıb: “Cənab İlham Əliyev hərbi paraddakı çıxışında bu və digər əhəmiyyətli nüanslara toxunaraq vurğuladı ki, Ordumuz müasir maddi-texniki təchizat baxımından dünyanın ən nadir ölkələrindən biridir və Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksək səviyyədədir, hərbi sənayemiz ən müasir standartlara uyğun olaraq inkişaf edir. Bəli, məhz bu mühüm faktorlar hər bir azərbaycanlıda iftixar və qürur hissləri oyadır”.
Bəhruz Quliyev onu da bildirib ki, təkcə 2016-cı ilin Aprel müharibəsində, eləcə də bu ilin mayında Naxçıvanda əldə edilən möhtəşəm hərbi zəfərlərimiz Ordumuzun gücünü və qabiliyyətini nümayiş etdirdi: “İşğal altında olmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi mərhələsi, ölkə rəhbərimizin də qeyd etdiyi kimi, davam edəcək və bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirdi. Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək. Əlbəttə, biz bu reallıqları öz gözlərimizlə görür və şahidi oluruq ki, Silahlı Qüvvələrimiz hər an torpaqlarımızı işğaldan azad edə bilmək gücündədir. Cənab Prezidentimizin də dediyi kimi, gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək. Biz, dövlətimizi sevən, onun uğrunda hər an canımızdan keçməyə hazır olan vətəndaşlar olaraq, məhz bu gerçəkliyə inanır, Ali Baş Komandanımızın ətrafında birləşərək, Onun əmrini gözləyirik”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

