Bakıda Belarusun milli bayramı qeyd edilib
04.07.2018 [10:02]
İyulun 3-də Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.
Səfir Gennadi Axramoviç bildirib ki, 1944-cü il iyulun 3-də Minskin faşist işğalçılarından azad edilməsi Belarusun Müstəqillik Günü kimi qeyd olunur. Bu döyüşlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 32-ci tank briqadasının, həmçinin Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin iştirak etdiklərini diqqətə çatdıran diplomat onların xatirəsinin Belarusda daim böyük hörmət və ehtiramla yad edildiyini vurğulayıb.
Azərbaycan ilə Belarus arasındakı əlaqələrdən danışan səfir prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun münasibətlərin inkişafında xidmətlərini qeyd edib. Azərbaycanın Belarus üçün strateji tərəfdaş olduğunu vurğulayan diplomat əlaqələrimizin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Rəsmi qəbulda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov əlamətdar gün münasibətilə Belarus xalqını Azərbaycan Hökuməti adından təbrik edib. Azərbaycan ilə Belarusun dost ölkələr olduğunu söyləyən Yaqub Eyyubov Prezident İlham Əliyevin Belarusa, Prezident Aleksandr Lukaşenkonun isə Azərbaycana səfərlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini bildirib. Qeyd edib ki, münasibətlərimiz bir çox sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar sahələrdə uğurla inkişaf edir.
Baş nazirin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Belarusun hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. O, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

