/ / Türkiyədə baş vermiş 15 iyul hadisələrinin növbəti ildönümü ilə əlaqədar Bakıda anım mərasimi təşkil edilib
Türkiyədə baş vermiş 15 iyul hadisələrinin növbəti ildönümü ilə əlaqədar Bakıda anım mərasimi təşkil edilib
17.07.2018 [09:35]
2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyində anım tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə iştirak edib.
Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub və TRT kanalının 15 iyul hadisələrinə dair hazırladığı filmin nümayişi olub.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral anım mərasimində çıxış edərək deyib ki, iki il əvvəl iyulun 15-də türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini bütün dünyaya bəyan etdi. O vurğulayıb ki, 15 iyul günü milli dastanımızdır. Heç kim türk millətini öz yolundan döndərə bilməz. Hər kəs bilsin ki, bu millət hər zaman dövlətinə, vətəninə sahib çıxacaq.
Səfir vurğulayıb ki, həmin gün plan quranlar İslam dinindən sui-istifadə etdilər. Azərbaycanda da İslam dinini bəhanə edərək terror törətməyə çalışan xainlər var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu ünsürləri həmişə əzib yox edəcək gücdədir. Dövlətə və millətə xəyanət edən FETÖ yox ediləcək və həmin gün uzaqda deyil.
Prezidentin köməkçisi Əli Həsənov çıxışında bildirib ki, Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş hadisələrdə xalqın öz iradəsini ortaya qoyması qürurvericidir. Bu, qəhrəmanlıq salnaməsidir. İki il əvvəl iyulun 15-də Türkiyədə baş verən hadisələr Azərbaycanda da çox həyəcanla izlənildi. Biz Türkiyə hökumətinə dəstəyimizi göstərdik. “Bir millət, iki dövlət” kəlamı həmin günlərin sınağından şərəflə çıxdı. Biz sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik.
Bir neçə gün əvvəl Gəncədə baş vermiş hadisələrə də toxunan Prezidentin köməkçisi bildirib ki, Gəncə hadisələri dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib. Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər. Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşardır.
Əli Həsənov xatırladıb ki, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Azərbaycan xalqının iradəsini ifadə edən Prezident Heydər Əliyevi devirmək üçün Türkiyədəki 15 iyul hadisələrinə təxminən oxşar hadisələr baş verib. O zaman da Azərbaycan Ordusunun, Daxili Qoşunlarının, polisin tərkibində yuva salmış, öz doğru yolundan sapdırılmış vətəndaşlar dövlətə və dövlətçiliyə silah yönəltdilər. Bəs, niyə qalib gələ bilmədilər? Çünki Heydər Əliyev o qüvvələrin qarşısına xalqın iradəsi ilə çıxdı. Heydər Əliyev çağırış etdi ki, Azərbaycan dövlətini dəstəkləyən vətəndaşlar meydanlara çıxsınlar. Yüz minlərlə vətəndaş öz sinəsini sipər edərək azğınlaşmış silahlı quldur dəstələrinin qarşısına çıxıb onları tərksilah etdi. Bir sözlə, tarixdə millətin iradəsinə qalib gələn qüvvə yoxdur və bundan sonra da olmayacaq. Xüsusən də bu millətin iradəsi onun dəstəklədiyi liderin simasında ifadə olunursa.
Əli Həsənov Türkiyədəki hadisələrin 20 Yanvar hadisələri ilə oxşarlığına da diqqət çəkərək deyib: “Sadəcə, Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə bağlılığı olanlar idi. Bakıda isə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdi. Millətin üzərinə getmək, tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Hər iki ölkə bir-birinə dəstək verir. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu!
Xəbər lenti
Hamısına baxİdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25

