Nikol Paşinyanın etirafları Azərbaycanın qüdrətinin fonunda Ermənistanın acizliyinin ifadəsidir
28.07.2018 [09:29]
Yaxud erməni baş nazirin fikirləri Ermənistanın zəif və çarəsiz ölkə olduğunu bir daha təsdiqləyir
Bəllidir ki, işğalçı Ermənistan beynəlxalq münasibətlər sistemində forpost kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Belə olan halda, öz xarici siyasət kursunda beynəlxalq hüquq normalarını, bərabərhüquqlu əməkdaşlığı əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Məhz regional miqyasda baş verən son hadisələr də Ermənistanın müstəqil dövlət olmadığını bir daha təsdiqlədi. Son vaxtlar hətta erməni ekspertləri, işğalçı ölkənin mediası da Ermənistanın forpost kimi çıxış etdiyini xüsusi olaraq bəyan edirlər.
Müstəqil siyasət yürütməyən Ermənistan asılı dövlətdir
Elə bu ölkənin baş naziri Nikol Paşinyan da “Exo Moskvı” radiosuna müsahibəsində ölkəsinin xarici dairələrdən asılı olduğunu, müstəqil siyasət həyata keçirmədiyini etiraf edib. Azərbaycanın hərbi, siyasi və iqtisadi qüdrətini yaxşı bilən, ölkəmizin Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu anlayan N.Paşinyan regionda vəziyyətin gərgin olduğunu deyərək həm də özünün və ölkəsinin müharibə ehtimalından qorxduğunu gizlətməyib. Əksər ekspertlərin də vurğuladığı kimi, Paşinyan “strateji tərəfdaşımız, çoxəsrlik qardaşımız, çoxəsrlik dostumuz” kimi səciyyələndirdiyi ölkənin müharibəyə imkan verməyəcəyini ifadə etməklə, əslində, Ermənistanın zəifliyini, Azərbaycan ilə hərbi müstəvidə qarşı-qarşıya gələ bilməyəcəyini nümayiş etdirib.
Ermənistanın işğalçı siyasətinin və təcavüzkar mövqeyinin ifşası...
Digər bir nüans Paşinyanın paradoksal yanaşmasını - ziddiyyətli təfəkkürünü ifadə etməklə yanaşı, Ermənistanın işğalçı siyasət və mövqeyinin ifşasıdır. Belə ki, sözügedən müsahibəsində N.Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçməyin oğlunun könüllü seçimi olduğunu deyib. Bu isə ortaya haqlı olaraq “necə ola bilər ki, Ermənistanın müstəqilliyini tanımadığı qondarma “DQR”də bu ölkənin baş nazirinin oğlu hərbi xidmət keçir?!” sualını çıxarır.
Paşinyan Ermənistanın öz təhlükəsizliyini təmin etmək iqtidarında olmayan qeyri-suveren dövlət olduğunu etiraf edib...
Nəhayət, N.Paşinyan sözügedən müsahibəsində Ermənistanın bir dövlət kimi öz sərhədlərini qorumaq iqtidarında olmadığını aşkar şəkildə etiraf etməklə ölkəsinin acizliyini ortaya qoyub. Rusiya sərhədçilərinin Türkiyə-Ermənistan sərhədini mühafizə etdiyini bildirən baş nazir “bu, Ermənistana çox lazımdır, bizim üçün belə çox yaxşıdır, çünki bizim silahlı qüvvələrimiz bu məsuliyyətdən faktiki olaraq azad olub. Belə uzun sərhədi qorumaq məsuliyyətini öz üzərimizə götürmək bizim üçün böyük yük olardı” deməklə Ermənistanın öz təhlükəsizliyini təmin etmək iqtidarında olmayan qeyri-suveren dövlət olduğunu bəyan etmiş olub.
Əgər Ermənistan sülh istəyirsə...
Ermənistanın baş nazirinin “Exo Moskvı” radiosuna verdiyi müsahibədə və onun xanımının Moskvada səsləndirdiyi təşəbbüsdə sülh istədiklərini bəyan etməsinə gəlincə, əgər onlar, həqiqətən də, sülh tərəfdarıdırlarsa, o zaman Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxarmalı və öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın evlərinə qayıtması təmin edilməlidir. Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tələb edir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir, eləcə də bir çox beynəlxalq təşkilatlar münaqişənin məhz beynəlxalq hüquq normaları, o cümlədən ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini bəyan ediblər. İşğalçı Ermənistan bu zamana qədər bütün çağırışlara qeyri-konstruktiv reaksiya verib, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə məhəl qoymayıb. Şübhəsiz ki, Nikol Paşinyan da bu reallıqları yaxşı bilir. Belə olan halda, əgər o, həqiqətən də sülh istəyirsə, ilk növbədə Ermənistanın işğalçı siyasətə və təcavüzkar iddialara son qoymalı olduğunu dərk etməlidir...
Əvvəl müharibə ritorikası ilə danışan Paşinyan indi nə üçün sülh istəyir?
Ən əsası, Paşinyanın etirafları Azərbaycanın uğurlu xarici siyasət kursu - hücum diplomatiyası sayəsində Ermənistanın dalana dirənməsini ifadə etməklə yanaşı, mühüm bir məqamı da ortaya qoyur. Belə ki, hakimiyyətə gəldiyi ilk günlərdə radikal bəyanatlar səsləndirən Paşinyan indi reallıqları nəzərə alaraq ölkəsinin gücsüzlüyünü - acizliyini, Azərbaycanın isə qüdrətini etiraf etmək zorunda qalıb. Yəni baş nazir postuna oturduğu ilk günlər müharibə ritorikası ilə danışan Paşinyanın indi “sülh istəyi”ni səsləndirməsi Azərbaycanın uğurlu diplomatiyasının qanunauyğun nəticəsi olmaqla yanaşı, həm də ölkəmizin hərbi, siyasi və iqtisadi qüdrətinin ifadəsidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

