Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət Komitəsinin sədri Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

Dövlət Komitəsinin sədri Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

01.08.2018 [09:38]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 31-də Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb.
Görüşdə Dövlət Komitəsinin sədri iki ölkə arasında münasibətlərin tarixi köklərə və ortaq dəyərlərə əsaslandığını bildirib. Mübariz Qurbanlı Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən, multikultural mühitdən, digər dinlərin nümayəndələrinə qarşı tolerant münasibətdən, milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan, eləcə də mədəniyyətlərarası dialoqun daha da inkişaf etdirilməsi məqsədi ilə görülən işlərdən ətraflı söz açıb.
Söhbət zamanı günümüzdə dindən sui-istifadə hallarının artdığını deyən Dövlət Komitəsinin sədri radikal ünsürlərə qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırıb.
Bakıt Yusupov Azərbaycanın nümunəvi dünyəvilik modelinin bir çox ölkələr üçün örnək olduğunu bildirib. Ölkəsinin bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edən diplomat ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, İslam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda iki ölkənin səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq Dövlət Komitəsinin rəhbərliyini 15-16 noyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək “Müasir və dünyəvi ölkədə İslam” adlı beynəlxalq konfransa dəvət edib.

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30