Mehdi Abdullayev: Xəzəryanı ölkələrin əməkdaşlığı yeni müstəviyə çıxır
15.08.2018 [09:04]
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən başlayan 22 illik danışıqlar prosesi öz məntiqi nəticəsini verdi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentlərinin V Zirvə toplantısında tarixi əhəmiyyətli sənəd imzandı. Bu, son illərin çox əlamətdar və tarixi hadisələrindən biridir. Həmin gün müasir tariximizə qızıl hərflərlə yazılacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev bildirib. M.Abdullayev qeyd edib ki, tarixi sənədin hazırlanmasında və imzalanmasında Azərbaycanın və Prezident İlham Əliyevin rolu, xidmətləri əvəzsizdir. Bəlkə də Azərbaycan tərəfinin bu məsələdə fəal rolu və iştirakı, siyasi iradəsi və qətiyyəti olmasaydı, Konvensiyanın imzalanması daha bir neçə il çəkərdi.
Eyni zamanda, İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış “Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi” haqqında Anlaşma Memorandumunun Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılmasında mühüm əhəmiyyət daşıdığını söyləyən M.Abdullayev deyib: “Danışıqlar prosesi onunla nəticələndi ki, Xəzərdə müvafiq blokların birgə istifadəsi ilə bağlı razılaşma əldə edildi. Beləliklə, mart ayının sonunda uğurlu Azərbaycan-İran danışıqları yekun Konvensiyanın imzalanması yolunda çox mühüm, həlledici addımlardan biri oldu”.
M.Abdullayev vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeləri daha da möhkəmlənir, ikitərəfli əlaqələri getdikcə genişlənir: “Bu baxımdan hesab edirəm ki, əgər Azərbaycanın İran, Rusiya, Qazaxıstan, Türkmənistanla ikitərəfli münasibətləri belə yüksək səviyyədə olmasaydı, haqqında bəhs etdiyimiz Konvensiyanın imzalanması mümkün olmazdı. Yəni, bu sənəd ilk növbədə Azərbaycan Prezidentinin xarici siyasətdə ikitərəfli münasibətlər formatına prioritet istiqamət kimi yanaşmasının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Xəzərin hüququ statusuna dair Konvensiyanın imzalanması sözün həqiqi mənasında dövrümüzün mürəkkəb məsələlərindən birinin həll olunması deməkdir. Bu, regionda sülhə, sabitliyə xidmət edən, Xəzəryanı dövlətlər arasında münasibətlərin yeni səviyyəsini müəyyənləşdirən, yeni mərhələnin əsasını qoyan bir sənəddir. Bu Konvensiya dostluğa, əməkdaşlığa xidmət edir. Bu nöqteyi-nəzərdən imzalanmış Konvensiyanın həm siyasi və iqtisadi, həm də geoiqtisadi və geostrateji əhəmiyyəti var”.
M.Abdullayev deyib ki, Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva edir: “Bu tarixi razılaşma Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edən Konvensiya, eyni zamanda, digər regionlar üçün də böyük əhəmiyyətə malikdir. Yeni əməkdaşlıq mühiti Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına stimul olacaq. Nəticə etibarilə bu, Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq. Burada söhbət həm siyasi və iqtisadi, həm də humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıqdan gedir”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

