/ / Yaşar Əliyev Təhlükəsizlik Şurasında debatlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsiplərindən danışıb
Yaşar Əliyev Təhlükəsizlik Şurasında debatlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsiplərindən danışıb
31.08.2018 [09:07]
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa müvafiq olmayan şərtlər əsasında nail olmaq mümkün deyil. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bu fikri avqustun 29-da Təhlükəsizlik Şurasında münaqişələrin dinc yolla tənzimlənməsinə vasitəçilik mövzusunda debatlarda söyləyib.
AZƏRTAC xəbər verir ki, diplomat bu gün dünyanın sülh və təhlükəsizliklə bağlı üzləşdiyi təhdidlərin həm münaqişələrin qarşısının alınması, həm də onların nizamlanması və böhranların aradan qaldırılması üçün beynəlxalq hüquq qaydasının möhkəmlənməsini və bütün səviyyələrdə səylərin fəallaşdırılmasını tələb etdiyini vurğulayıb.
Azərbaycanlı diplomat qeyd edib ki, qeyri-qanuni güc tətbiq edilməsi, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırımı aktları və etnik təmizləmələr nəticəsində yaranmış vəziyyətin aradan qaldırılması üçün vasitəçilik formatlarından bir alət kimi istifadə edilməsi son dərəcə vacibdir. Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinin düzgün şərh edilməməsi yolu ilə pərdələnmiş təcavüzün və digər hüquqazidd əməllərin gizlədilməsi və təcavüzün möhkəmlənməsi üçün hər hansı cəhdlərə qarşı ardıcıl çıxış etməlidir.
Y.Əliyev daha sonra vurğulayıb ki, ərazi əldə edilməsi üçün güc tətbiq olunmasının yolverilməzliyi və bunun nəticəsi kimi beynəlxalq hüququn ciddi pozuntularından irəli gələn müddəaların tanınmaması barədə öhdəliklər hər yerdə və qeyd-şərtsiz tətbiq edilməli və icra olunmalıdır. Bu öhdəliklər beynəlxalq hüquqi qaydanın tərkib hissələridir; onlar münaqişələrin əsas səbəblərindən və xarakterindən asılı olmayaraq bütün hallarda, hamı üçün məcburidir və tətbiq edilməlidir. Birləşmiş Millətlər Təşkilatının əsas orqanları tərəfindən qəbul edilmiş qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi də az əhəmiyyət kəsb etmir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edilməsinə baxmayaraq, suveren dövlətlərə qarşı silahlı təcavüzün və onların ərazilərinin hərbi yolla işğalının davam etməsi yolverilməzdir.
Azərbaycanın BMT yanında diplomatik missiyasının başçısı qeyd edib ki, Təhlükəsizlik Şurası 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycana qarşı güc tətbiq olunmasını, onun ərazilərinin işğal edilməsini, mülki şəxslərə hücum edilməsini və Azərbaycanda yaşayış məntəqələrinin bombalanmasını pisləyib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət bəslədiyini, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq olunmasının yolverilməzliyini bir daha təsdiq edib.
Təhlükəsizlik Şurası ərazi iddialarına və zorakılıq hərəkətlərinə cavab olaraq həmin qətnamələrdə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olmasını təsdiqləyib, işğalçı qüvvələrin işğal olunmuş bütün ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Y.Əliyev təəssüflə qeyd edib ki, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib, BMT çərçivəsində iyirmi altı il ərzində göstərilən vasitəçilik səyləri hələlik nəticə verməyib.
Diplomat qeyd edib ki, əksinə, daha əvvəlki xəbərdarlıqlara, tələblərə və münaqişənin beynəlxalq birlik tərəfindən pislənməsinə baxmayaraq, onun siyasi yolla tənzimlənməsi üçün davam edən səylər fonunda işğal olunmuş ərazilərdə həmin ərazilərin müstəmləkələşdirilməsinin və ilhaqının təmin edilməsi məqsədilə qərəzli tədbirlər görülür, bu isə beynəlxalq hüququn açıq-aşkar pozulması deməkdir. Məsələn, işğal altında olan ərazilərin qeyri-qanuni şəkildə məskunlaşdırılması, tarixi-mədəni irsin məhv edilməsi və mənimsənilməsi, həmin ərazilərdəki əmlakın, təbii resursların və digər nemətlərin istismarı, talan edilməsi və onlarla qeyri-qanuni ticarət bu cür əməllərə aiddir.
Azərbaycan öz ərazilərinin işğal olunmasından və yüz minlərlə vətəndaşının zorakılıqla köçürülməsindən əziyyət çəkən ölkə kimi münaqişənin ən qısa müddətdə siyasi yolla nizamlanmasında və onun nəticələrinin aradan qaldırılmasında ən çox marağı olan tərəfdir.
Cari sülh prosesinin Mandatı Təhlükəsizlik Şurasının yuxarıda adları çəkilən qətnamələrinə əsaslanır. Bu prosesin əsas məqsədi Azərbaycanın işğal olunmuş bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, məcburi köçkünlərin öz evlərinə qaytarılmasını və onların əmlakının qaytarılmasını təmin etməkdir. Bu məqsədə nail olunması mütləq imperativdir və heç bir halda kompromis kimi təqdim edilə, münaqişənin tənzimlənməsi prosesində əsas vasitə kimi istifadə oluna bilməz. Yaşar Əliyev bəyanatının sonunda qeyd edib ki, Azərbaycan ərazilərinin hərbi yolla işğalı və etnik təmizlənməsi münaqişənin həlli yolu deyil və heç vaxt sülh, barışıq və sabitlik gətirməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24

