Çinin nümayəndə heyəti ilə Milli Məclisdə görüş olub
01.09.2018 [10:06]
Avqustun 31-də Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, işçi qrupunun rəhbəri, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkələrimiz arasındakı əlaqələrin çox qədim tarixə malik olduğunu deyib. Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Çin ilə əlaqələr yeni müstəviyə qalxıb. İki ölkə arasında çox geniş iqtisadi, siyasi, elmi və dostluq əlaqələri qurulub. Həmçinin bildirilib ki, münasibətlərin yüksələn xətlə inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var.
Çin Kommunist Partiyasının 2017-ci ilin oktyabrında keçirilmiş XIX qurultayı barədə danışan Siyavuş Novruzov deyib ki, həmin qurultayda qəbul olunmuş qərarlar təkcə Çin xalqı üçün deyil, həm də Orta Asiya ölkələri və Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı yaxşı münasibət xalqlarımızın dostluğunun möhkəmlənməsinə, iqtisadi əlaqələrin güclənməsinə, beynəlxalq arenada dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsinə və digər məsələlərdə birgə fəaliyyətinə yaxından kömək edir.
Heydər Əliyev Fondunun fəaliyyəti barədə danışan Siyavuş Novruzov Fondun ölkə daxilində və xaricində həyata keçirdiyi mühüm layihələri xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mədəniyyətlər, dinlər, dövlətlər və xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına böyük töhfə verir.
Parlamentlərarası əlaqələrdən söz açan Siyavuş Novruzov deyib ki, Azərbaycan Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu Milli Məclisdə ən böyük işçi qruplarından biridir. Parlamentin beş komitəsinin sədrləri də bu qrupun üzvləridir.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ölkəmizə Heydər Əliyev Fondunun dəvəti ilə gəldiyini qeyd edib. Azərbaycana səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini söyləyən qonaq iki ölkə arasındakı əlaqələrin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.
“Ölkənizin odlar diyarı, xalqınızın qonaqpərvər olduğunu bilirdim və bunun bir daha şahidi oldum. Azərbaycanlıların Çin xalqına istiqanlılığını gördüm. Müasir Azərbaycanın inkişaf səviyyəsi, Bakının gözəlliyi bizi heyran etdi”, - deyə Li Syaolin vurğulayıb.
Diqqətə çatdırılıb ki, beş il bundan əvvəl Çin Xalq Respublikasının Sədri Si Cinpin “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasını elan edib. Biz bu təşəbbüsün Azərbaycan hökuməti və xalqı tərəfindən dəstəkləndiyini görürük. “Bir kəmər, bir yol” çərçivəsində iqtisadiyyat, qanunvericilik, humanitar sahələrdə əməkdaşlığı genişləndirmək mümkündür.
Qonaq, həmçinin vurğulayıb ki, cari ilin noyabrında Şanxayda təşkil olunacaq birinci “Beynəlxalq İdxal Sərgisi”ndə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Sərgidə Azərbaycanın şərab və digər məhsulları nümayiş olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

