/ / Vüqar Rəhimzadə: Azərbaycan və Rusiya arasında əldə olunan razılaşmalar uğurlu əməkdaşlıq üçün yeni imkanlar açır
Vüqar Rəhimzadə: Azərbaycan və Rusiya arasında əldə olunan razılaşmalar uğurlu əməkdaşlıq üçün yeni imkanlar açır
04.09.2018 [08:52]
Azərbaycan və Rusiya arasında əldə olunan razılaşmalar uğurlu əməkdaşlıq üçün yeni imkanlar açır.
Bunu Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın xarici siyasət prioritetləri sırasında qonşu ölkələrlə qarşılıqlı faydalı münasibətlərin qurulması xüsusi yer tutur: “Bu mənada ölkəmizin Rusiya ilə uzun illərdir mövcud olan və daha da möhkəmlənən, inkişaf edən əlaqələrini vurğulamaq lazımdır. Azərbaycanla Rusiyanı dostluq və əməkdaşlıq ənənələri bağlayır. Ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya Azərbaycanın tarixi dostu və tərəfdaşıdır. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı hər iki dövlət başçısının bəyanatlarında bu mühüm məqamlar xüsusi olaraq vurğulanıb, prezidentlərin iştirakı ilə gələcək əlaqələrin daha da möhkəmləndirilməsinə hesablanan sənədlər imzalanıb”.
Ekspert deyib ki, ölkələrimiz arasında əldə olunan razılaşmalar, imzalanan sənədlər uğurlu əməkdaşlıq üçün yeni imkanlar açır: “Rusiya və Azərbaycan hökumətləri arasında 2024-cü ilə qədər əməkdaşlıq proqramı, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı, bununla yanaşı, turizm, idman, rəqəmsal nəqliyyat sistemləri, malların hava nəqliyyatı ilə daşınması üçün gömrük hüquqpozmalarına qarşı mübarizə, Azərbaycanda “QAZ” kommersiya avtomobillərinin yığım istehsalının inkişafı, neft-qaz, eləcə də digər mühüm sahələri əhatə edən sənədlərin imzalanmasını məxsusi olaraq qeyd etmək lazımdır. Bununla ölkələrimiz arasında iqtisadi əməkdaşlığa dair yol xəritələrinə uyğun əmtəə dövriyyəsi daha da artacaq. Birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək, tranzit imkanları artacaq, minlərlə yeni iş yeri açılacaq. Göründüyü kimi, möhtərəm Prezidentimizin Rusiyaya budəfəki rəsmi səfəri də kifayət qədər mühüm məqamlarla zəngindir və böyük əhəmiyyətə malikdir”.
Baş redaktor əlavə edib ki, bu gün ölkələrimiz arasındakı münasibətlərdə xüsusi dinamizm müşahidə edilir: “Ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır”, - deyən möhtərəm Prezidentimiz İlham Əliyev vurğulayıb ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır, qeyri-neft sahəsi ixracatçılarımız üçün birinci yerdədir. Doğrudan da Azərbaycan-Rusiya iqtisadi əlaqələri çox fəaldır. Rusiya Prezidentinin səsləndirdiyi fikirlər, açıqladığı rəqəmlər bir daha bunu sübut edir. Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 2,5 milyard dollara çatıb. Rusiyanın ölkəmizə birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Bizim bazarımızda təxminən 700 birgə müəssisə var və onlardan da 1/3-i 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Bütün bunlarla yanaşı, neft-qaz sahəsində də əməkdaşlığımız uğurla davam edir”.
V.Rəhimzadə vurğulayıb ki, səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb: “Möhtərəm Prezidentimiz ümidvar olduğunu bildirib ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək. Öz növbəsində, Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyini qeyd edib”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

