/ / Hikmət Babaoğlu: Azərbaycan və Rusiya liderlərinin görüşləri dövlətlərimiz arasında münasibətlərə xüsusi dinamizm verir
Hikmət Babaoğlu: Azərbaycan və Rusiya liderlərinin görüşləri dövlətlərimiz arasında münasibətlərə xüsusi dinamizm verir
04.09.2018 [08:59]
Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktuallıq kəsb edir. Hazırda Rusiya Federasiyasının da daxil olduğu geniş mənada regionumuzda çox mühüm tarixi hadisələr baş verir. Belə mərhələdə qonşu, dost və strateji tərəfdaş ölkələrin prezidentlərinin görüşü həm yeni iqtisadi, həm də yeni siyasi-humanitar şərtlərin formalaşması baxımından əhəmiyyətlidir. Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm təmaslar dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir. Rusiya-Azərbaycan münasibətləri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Rusiya Azərbaycanın ciddi problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaxından iştirak edir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli məsələsi Rusiya-Azərbaycan münasibətlərində prioritet təşkil edir. Soçidə bu problemin həlli ilə bağlı da dövlət başçıları arasında müzakirələr aparıldı.
Deputat deyib, dövlət başçılarının Soçi görüşünə daha geniş kontekstdən nəzər yetirsək görərik ki, Rusiya-Azərbaycan münasibətləri üçtərəfli və dördtərəfli formatlarda da əhəmiyyət kəsb edir. Həmçinin Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrə toxunan Hikmət Babaoğlu deyib: “Soçidə iqtisadi əməkdaşlığa dair imzalanan sənədlər ölkələrimiz arasında əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya yatırır. Azərbaycan Prezidentinin mətbuata bəyanatında qeyd etdiyi kimi, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Yəni, bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir. Azərbaycan ilə Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinin çox böyük potensialı var”.
Soçi görüşlərində deyildiyi kimi, Rusiya ilə Azərbaycanın birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək. Bununla ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb.
Hikmət Babaoğlu qeyd edib ki, söylənən bu fikirlərin fonunda yalnız bir məqam durur: Rusiya ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

