/ / Bəhruz Quliyev: Azərbaycan ilə Xorvatiya arasında imzalanmış sənədlər əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq
Bəhruz Quliyev: Azərbaycan ilə Xorvatiya arasında imzalanmış sənədlər əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq
11.09.2018 [09:22]
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycan xalqının milli maraqlarına əsaslanır. Son 2-3 həftə ərzində Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri Azərbaycanın xarici siyasətinin dinamikliyini, ölkəmizin yüksək beynəlxalq nüfuza malik olduğunu, dünya dövlətlərinin ölkəmizə hörmətlə yanaşdığını əyani şəkildə təsdiq edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” media qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli strateji tərəfdaşlıq əlaqələri qurur. Ölkələr arasında iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirir: “Azərbaycanın strateji əlaqələr qurduğu Aİ ölkələrindən biri də Xorvatiyadır. Hər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri var, bu əməkdaşlıq genişlənir və güclənir. Əminəm ki, iki ölkə arasında aparılan danışıqlar əczaçılıq, aqrar, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq. Eyni zamanda, Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında ticarət dövriyyəsinin artırmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacaqdır”, - deyə ekspert bildirib.
Xorvatiya ilə İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır deyən Bəhruz Quliyev əlavə edib ki, reallaşdırılan TANAP və TAP layihələri əsasında Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq və köhnə qitənin enerji təhlükəsizliyinə töhfə verəcək. Qeyd edib ki, təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatına malik Azərbaycan mavi yanacaq hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək fikrindədir. Bu mənada yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropaya çatdırılacaq.
Siyasi ekspert vurğulayıb ki, Azərbaycan öz qaz potensialını daha böyük həcmdə Avropaya təqdim edə bilər.
B.Quliyev diqqətə çatdırıb ki, Azərbaycanın Xorvatiya kimi Avropa İttifaqı ölkələri ilə qurulan strateji əlaqələrin Aİ-Azərbaycan əməkdaşlığının uğurla inkişaf etməsinə öz təsirini göstərəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54

