Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib
13.09.2018 [09:21]
Sentyabrın 12-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Eldar İbrahimov əvvəlcə yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, bu iclaslarda 18 məsələ, o cümlədən 14 qanun layihəsi müzakirə edilib. Bu sənədlərin əksəriyyəti Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul olunub. Komitədə müntəzəm olaraq vətəndaşların qəbulu aparılıb, onları narahat edən məsələlərin həlli üçün lazımi köməklik göstərilib.
Hesabat dövründə komitənin ünvanına daxil olan 57 müraciətə, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb və onlardan 45-i araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib.
Sonra Eldar İbrahimov payız sessiyası ərzində görüləcək işlərdən danışıb. Bildirilib ki, qarşıdakı sessiyada “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcək.
Deputatlar komitənin yaz sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, payız sessiyasının iş planını təsdiqləyiblər.
Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.
Əvvəlcə “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, sənədin 11.0.2-ci maddəsində “və bələdiyyədən” sözləri “,bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən” sözləri ilə əvəz ediləcək.
Həmçinin “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə 2017-ci il 31 oktyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə bir sıra texniki xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Sonra deputatlar gündəlikdəki məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 20:18
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26

