Rusiya KİV-ləri Prezident Vladimir Putinin Azərbaycana səfərini geniş işıqlandırıb
29.09.2018 [10:21]
Rusiyanın aparıcı KİV-ləri Prezident Vladimir Putinin Azərbaycana səfərini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın “Rossiya 24” telekanalının “Vesti” xəbərlər proqramı Rusiya Prezidentinin Bakıya işgüzar səfəri ilə bağlı böyük reportaj hazırlayıb. Reportajda qeyd olunur ki, Prezident V.Putinin Bakıya səfəri qısa olsa da, mühüm məsələlərin müzakirəsi ilə yadda qalıb. Azərbaycan-Rusiya Regionlararası Forumunda prezidentlər bir sıra mühüm məsələlər, o cümlədən Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsindən sonra açılan geniş əməkdaşlıq perspektivlərindən danışıblar. Həmçinin dövlət başçıları Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yarışlarını da izləyiblər.
“Vesti” proqramının reportajında vurğulanır ki, bu, Rusiya və Azərbaycan prezidentlərinin 2018-ci ildə dördüncü görüşüdür. İki ölkə lideri birlikdə Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak ediblər. Bildirilib ki, Azərbaycan və Rusiya işgüzar dairələri arasında möhkəm əlaqələr mövcuddur. Hazırda 700-dən çox birgə müəssisə fəaliyyət göstərir, Rusiya Azərbaycana 1,5 milyard dollarlıq sərmayə yatırıb.
Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin forumda səsləndirdiyi fikirlərdən sitatlar gətirilir: “Turizm sahəsində də biz Rusiya vətəndaşları tərəfindən Azərbaycanı ziyarətin çox əhəmiyyətli dərəcədə artdığını görürük. Hələ başa çatmamış 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib. Əminəm ki, bu rəqəm də gələcəkdə artacaq”.
Rusiyanın Birinci Kanalı da Vladimir Putinin Bakıya səfərinə geniş yer ayırıb. Reportajda qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin qısa səfəri çərçivəsində Bakıda keçirilən cüdo üzrə dünya çempionatı yarışlarına baxıb, Rusiya komandasının üzvləri ilə görüşüb.
Qeyd edilir ki, Azərbaycan-Rusiya Regionlararası Forumunda hər iki ölkənin prezidentləri çıxış edərək birgə layihələrin son illər sürətlə həyata keçirilməsi, neft hasilatı və nəqli, avtomobil istehsalı, əczaçılıq və digər sahələrdə uğurlu əməkdaşlıqdan söhbət açıblar.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

