/ / Hikmət Babaoğlu: Eleni Teoxarus məsuliyyətsiz hərəkətlərlə Avropa Parlamentinin nüfuzuna zərbə vurduğunu bilməlidir
Hikmət Babaoğlu: Eleni Teoxarus məsuliyyətsiz hərəkətlərlə Avropa Parlamentinin nüfuzuna zərbə vurduğunu bilməlidir
05.10.2018 [08:54]
Avropa Parlamentinin üzvü Eleni Teoxarus artıq birinci dəfə deyil ki, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməklə Ermənistanın işğalçılıq siyasətini dəstəklədiyini nümayiş etdirir. Hər şeydən öncə avropalı parlamentari öz fəaliyyətində beynəlxalq hüquqa əsaslanmalı olduğunu dərk etməli, belə məsuliyyətsiz hərəkətlərlə həm özünün, həm də təmsil etdiyi Avropa Parlamentinin beynəlxalq nüfuzuna zərbə vurduğunu bilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat deyib: “Məsələ ondadır ki, etnik separatizmin dəstəklənməsi Avropa İttifaqına üzv olan bütün ölkələr tərəfindən rədd edilir və bu, beynəlxalq hüquqla, o cümlədən Avropa dəyərləri ilə əsaslandırılır. Bu yaxınlarda fəsadları hələ də davam edən Kataloniya hadisələri zamanı biz katalon separatçılarına qarşı Avropa strukturlarının hamısının necə yekdil mövqedən çıxış etdiklərinin şahidi olduq. Belə mövqe təqdirəlayiqdir və istənilən ölkəyə münasibətdə tətbiq ediləsi bir nümunədir. Ancaq təəssüf ki, bəzi hallarda biz bunu müşahidə edə bilmirik. Yaxşı olar ki, eyni mövqe Dağlıq Qarabağ separatçılarına qarşı da ortaya qoyulsun. Ancaq Avropa Parlamentinin üzvü Eleni Teoxarus Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edir, etnik separatçılığı dəstəkləyən qızışdırıcı mövqedən çıxış edir, Avropa Parlamenti isə bütün bunlara kiçik bir xəbərdarlıq etməklə münasibət bildirir. Belə hallar yolverilməzdir və Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin ruhuna ziddir. Üstəlik, Eleni Teoxarusun səfərləri avropalı erməni lobbistləri tərəfindən maliyyələşdirilir ki, bu da ayrıca bir hüquq pozuntusudur. Bəzən olmayan hadisəyə görə ittiham edilən parlamentarilərdən fərqli olaraq Teoxarusa heç bir cəza növü tətbiq edilmir. Bu, hüquqla siyasi manipulyasiya etməkdir. Hüquq qarşısında Avropa İttifaqına üzv olan ölkələr də, Avropa İttifaqı ilə yaxın əməkdaşlıq içərisində olan ölkələr də bərabər olmalıdır. Hər hansı bir ölkənin ərazi bütövlüyü daha çox qiymətli, digərininki isə dəyərsiz ola bilməz. Bu, hüquqi qeyri- bərabərlik və ədalətsizlik olardı. Ona görə də Avropa Parlamenti öz üzvü haqqında Nizamnaməsinə uyğun olaraq ciddi cəza tədbirləri görməlidir”.
Xəbər lenti
Hamısına baxMEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54

