/ / Milli Məclisin deputatı Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak edib
Milli Məclisin deputatı Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak edib
13.11.2018 [09:30]
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak etmək üçün noyabrın 7-8-də Londonda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, konfransda parlamentarilər qadın liderlərin fəaliyyətinin gücləndirilməsi, qadın parlamentarilərin öz parlamentlərində mümkün qədər səmərəli və nüfuzlu olmalarının yolları barədə müzakirələr aparıblar.
Səfər çərçivəsində deputat “The London Post” qəzetinə müsahibə verib. Müsahibədə Sevinc Fətəliyeva konfransla bağlı təəssüratlarını bölüşüb, Azərbaycanda qadın hüquqlarının tarixi və vəziyyətindən danışaraq deyib: “Konfrans iştirakçıları hazırda bütün qadın parlamentarilərin üzləşdiyi məsələləri müzakirə ediblər. Siyasətdə qadın olmaq nə deməkdir, bu yolda olan maneələri necə dəf etmək lazımdır, səmərəliliyi necə artırmaq olar, qadınların siyasətdə daha çox təmsil olunmasını necə təmin etmək mümkündür kimi məsələləri nəzərdən keçiriblər. Həmçinin konfransda qızların təhsili, qadınlara qarşı zorakılıq, qadınların iqtisadi müstəqilliyi və ailə ilə siyasi karyeranın qurulması mövzuları da müzakirə olunub. Konfransda, demək olar ki, dünyanın bütün qitələrindən, müxtəlif dinlərin, müxtəlif mədəniyyətlərdən, haqlarını müxtəlif yollarla əldə edən, lakin eyni dəyərləri və bənzər çətinlikləri paylaşan qadınlar iştirak edirdilər. Bütün dünyada qadınlar daim siyasətdə daha çox təmsil olunmaq və bərabər hüquqlar uğrunda mübarizə aparırlar. Biz bu il Azərbaycanda qadınların seçmək və seçilmək hüququ qazanmalarının 100-cü ildönümünü qeyd edirik. Ona görə də Azərbaycanda qadınların hüquqları mövzusu uğur hekayəsi hesab oluna bilər. Lakin digər ölkələrin təcrübəsi də çox qiymətlidir. Konfransdakı bütün müzakirələrin ana xətti ondan ibarət idi ki, coğrafi məkan və milliyyətindən asılı olmayaraq qadınlar özlərinə daha çox inanmalıdırlar. Biz hər zaman ailəsi olan qadınların da kişilər qədər özlərini işə həsr edə biləcəklərini sübut etmək ehtiyacı duyuruq. Daha etimada və gender əsaslı ayrı-seçkiliyi aradan qaldırmağa ehtiyac var. Azərbaycanda qadın hüquqlarının bizim üçün dəyərli olan uzun tarixi irsi var, o qorunur və gündən-günə inkişaf etdirilir. 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövrünü qabaqlayan çox mütərəqqi qərar verildi - müsəlman şərqində ilk dəfə olaraq qadınlar da kişilərlə bərabər seçmək və seçilmək hüququ qazandılar. Ənənəvi olaraq qadınlar təhsil, elm, səhiyyə və mədəniyyət sahələrində daha çox təmsil olunurlar. Lakin bu gün dövlət dəstəyi sayəsində qadın məmurların, hüquq-mühafizə orqanları işçilərinin, siyasətçilərin və ictimai xadimlərin sayı artmaqdadır. Ölkənin Birinci vitse-prezidenti qadındır, qadın deputatların sayı çoxalır. Azərbaycanda qadınlara qapalı, yaxud əlçatmaz olan heç bir fəaliyyət sferası yoxdur. Qadın hüquqları Konstitusiyada təsbit olunub və dövlət siyasətində əksini tapıb”.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

