Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub

30.11.2018 [10:26]

Noyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin muxtar respublikada həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.
Təhsil və mədəniyyət sahələrində əlaqələrin əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri səfirlik tərəfindən 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvanda məhdud fiziki imkanlı şəxslər üçün göstəriləcək tamaşanın məmnunluqla qarşılanacağına əminliyini bildirib və buna görə qonağa təşəkkür edib.
Uilyam Qil səmimi münasibətə və səfirlik tərəfindən keçirilən tədbirlərə göstərilən dəstəyə görə minnətdarlıq edib. Ölkələrimiz arasındakı əlaqələrdən danışan qonaq muxtar respublikaya ilk dəfə səfər etdiyini və bundan böyük məmnunluq duyduğunu bildirib.

Paylaş:
Baxılıb: 475 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31