Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondu ilə tanışlıq rumıniyalı gənclərdə xoş təəssürat yaradıb

Heydər Əliyev Fondu ilə tanışlıq rumıniyalı gənclərdə xoş təəssürat yaradıb

04.11.2009 [10:44]

Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycana səfərə gələn bir qrup buxarestli gənc Fondla tanış olublar. Qonaqlara Fondun vəzifələri və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, əsas məqsədi Ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir. Buxarestli gənclər ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara maraqla baxıblar.
Müasir müstəqil Azərbaycanın banisi və qurucusu ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunub. Məlumat verilib ki, ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlik və inkişaf mərhələsi kimi daxil olub.
Qonaqlar Fondun çoxşaxəli fəaliyyətindən bəhs edən filmə baxıblar. Buxarest şəhərinin gəncləri Fondun icraçı direktoru Anar Ələkbərovla da görüşüblər. Onlar bu səfərin təşkilinə və Azərbaycanla daha yaxından tanış olmaq imkanı yaradıldığına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Diqqətə çatdırılıb ki, 15 nəfər rumıniyalı gənc noyabrın 9-dək Azərbaycanın müxtəlif bölgələrinə səfər edəcək, ölkəmizin görməli yerləri, mədəniyyəti ilə yaxından tanış olacaqlar.
Səfər Buxarest meriyası ilə gənclər sahəsində əməkdaşlıqla bağlı əldə olunmuş razılıq əsasında həyata keçirilir. Əməkdaşlıq çərçivəsində noyabrın 9-da Azərbaycanın bir qrup gənci Rumıniyaya qarşılıqlı səfər edəcək.
AzərTAc

Paylaş:
Baxılıb: 1055 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31