/ / Fayez bin Abdulla Əl-Şəhri: Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafı üçün səy göstərir
Fayez bin Abdulla Əl-Şəhri: Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafı üçün səy göstərir
22.01.2019 [10:08]
Yanvarın 21-də Milli Məclisin sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın Səudiyyə Ərəbistanı ilə əlaqələrin yüksək səviyyədə inkişafında maraqlı olduğunu deyib. Sədr qeyd edib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişafında Prezident İlham Əliyevin bu ölkəyə səfərlərinin böyük rolu olub. Bu görüşlər zamanı ölkələrimiz arasında 20-yə yaxın sənəd imzalanıb, hazırda 11 sənəd imzalanmaq üçün hazırlanır. Bütün bu sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.
İqtisadi əlaqələrin inkişafından söz açan Milli Məclisin sədri bu sahədə əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, hazırda Azərbaycanda Səudiyyə Ərəbistanının 16 şirkəti fəaliyyət göstərir. Azərbaycanda biznes mühitinin çox yaxşı səviyyədə olduğunu diqqətə çatdıran Oqtay Əsədov indiyədək ölkəmizə 250 milyard dollar investisiya qoyulduğunu deyib.
Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.
Oqtay Əsədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə və işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmadığına görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib.
Dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhri qeyd edib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərir. O cümlədən Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində davamlı olaraq dəstəkləyir.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

