Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
23.01.2019 [09:42]
AXCP sədri Şəhidlər xiyabanında keçid qaydalarına riayət etməyəcəklərini bildirib, onun tərəfdarları isə kordonu yararaq polislə qarşıdurma yaradıb
20 Yanvar tarixi Azərbaycanın qəhrəmanlıq simvoludur. Həmin gün azadlıq uğrunda canından keçən şəhidlərin uyuduğu Şəhidlər xiyabanı da Azərbaycanın müasir tarixində xüsusi çəkiyə malik, dövlət müstəqilliyi ideyasına güclü təkan verən, istiqlal mübarizəsini simvollaşdıran müqəddəs bir məkandır. Belə bir məkandan siyasi məqsədlər üçün istifadəyə cəhd göstərilməsi həm qanunvericiliyə ziddir, həm də milli mənəvi dəyərlərimizə, ənənələrimizə, milli mübarizə tatiximizə hörmətsizlikdir.
Təəssüf ki, adını müxalifət qoymuş radikal ünsürlər milli maraqlara, dövlət mənafeyinə sayğı göstərmədiyi kimi, milli dəyərlərimizə də hörmətsizlik nümayiş etdirir, Şəhidlər xiyabanından öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərirlər. Vurğulamaq lazımdır ki, ölkədə demoqrafik bum yaşandığından 1990-cı ilin yanvarından sonra doğulanlar, eləcə də həmin qanlı hadisələr zamanı 5 yaşından aşağı olanlar ölkə əhalisinin 50 faizdən çoxunu təşkil edir. Radikal dağıdıcıların fəallaşması isə məhz 20 Yanvar qırğınında indiki meydan “liderlər”inin oynadıqları mənfi rolu unutdurub yeni nəslə özlərini qəhrəman kimi təqdim etmək cəhdindən başqa bir şey deyil. Qeyd edək ki, bu il də Ümumxalq hüzn günündə AXCP sədri Əli Kərimli və ətrafındakı dağıdıcı ünsürlər “şəhidləri ziyarət” adı altında siyasi oyun oynamağa, çirkin məqsədlərini həyata keçirməyə çalışıblar. Belə ki, Ümumxalq hüzn günü - 20 Yanvar şəhidlərinin anım mərasimi ilə əlaqədar “Milli şura” adlanan qondarma qurumun rəhbərləri və fəalları Şəhidlər xiyabanında mövcud qaydaları kobud şəkildə pozaraq, ictimai asayişi və nizam-intizamı təmin edən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə ciddi qarşıdurma yaradıblar. Polis tələblərə uyğun olaraq və anım mərasiminə qatılan vətəndaşların təhlükəsizliyini, nizam-intizamı təmin etmək məqsədilə Şəhidlər xiyabanına keçid norması müəyyənləşdirib və vətəndaşları qrup şəklində buraxsa da, Şəhidlər xiyabanına gələn Əli Kərimli və ətrafındakı təxribatçı qrup keçid qaydalarına riayət etməyəcəklərini bildirib, onun tərəfdarları kordonu yararaq polislə qarşıdurma yaradıb. Nəticədə polisin qanuni tələbinə riayət etməyən və ictimai asayişi pozan 20 nəfərə yaxın şəxs saxlanılıb.
Bəli, bu gün şəhidlərin ruhuna hörmətsizlik nümayiş etidirən, qarşıdurma yaratmağa cəhd göstərən Əli Kərimli və digərlərinin yol verdiyi səhvlər 1990-cı ildə Bakıya qoşun yeridilməsinə şərait yaratmışdı. O zaman insanları küçələrə çıxaran, təxribata sürükləyərək tankların, zirehli maşınların altına dəvət edənlərin bir qrupu yenə də meydandadır. Şəhidlər xiyabanından siyasi məqsədlər üçün istifadə endən Əli Kərimli bu dəfə də vətəndaşları küçələrə, itaətsizliyə, dağıtmağa, çevirməyə, devirməyə çağırır. Lakin bu dəfə söhbət müstəqil Azərbaycandan, dövlətimizdən gedir. Göründüyü kimi, bu gün Azərbaycanın müstəqilliyi, öz iradəsinin sahibi olması regionda, dünyada müəyyən qrupları və koalisiyaları qıcıqlandırır. Bu qruplara, koalisiyalara xidmət göstərən, onların direktivlərini əsas tutaraq hərəkət edən Əli Kərimli də yenidən özünü siyasi səhnəyə pərçimləmək üçün min bir oyuna baş vurur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

