Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondu Brüsseldə Azərbaycan mədəniyyəti günləri təşkil edir

Heydər Əliyev Fondu Brüsseldə Azərbaycan mədəniyyəti günləri təşkil edir

10.11.2009 [09:41]

Heydər Əliyev Fondunun və Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin birgə layihəsi əsasında noyabrın 9-dan 13-dək Brüsseldə Avropa Parlamentinin binasında Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Heydər Əliyev Fondundan bildiriblər ki, bu məqsədlə Brüsselə mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən Azərbaycan mətbəxini təqdim edəcək kulinar qrupu yola düşüb. Mədəniyyət günlərində tamaşaçılara ölkəmiz haqqında daha dolğun informasiya çatdırmaq məqsədilə Azərbaycanın təbliğinə yönəlmiş geniş proqram hazırlanıb. Parlament binasının “Yehudi Menuhin” zalında Azərbaycan rəssamlarının əsərlərindən və etnoqrafik miniatürlərindən ibarət sərgilərin təşkili də nəzərdə tutulub. Mədəniyyət günlərində gənc muğam ifaçıları tamaşaçılara təsniflərdən ibarət proqram, “Bakı ulduzları” rəqs qrupu isə rəqslərimizi təqdim edəcəklər. Konsert proqramında caz trionun çıxışı da nəzərdə tutulur. Tədbir iştirakçıları Azərbaycan mətbəxi ilə də tanış ola biləcəklər. Tanınmış kulinariya ustalarımız qonaqlara milli mətbəximizin ləziz yeməklərini təqdim edəcəklər.

Paylaş:
Baxılıb: 1015 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31