Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əsgəri məişət-yaşayış kompleksi və zabit ailələri üçün bina istifadəyə verilib

Əsgəri məişət-yaşayış kompleksi və zabit ailələri üçün bina istifadəyə verilib

11.11.2009 [10:25]

AzərTAc: Şahbuz rayonunun Şada kəndində əsgəri məişət-yaşayış kompleksi və zabit ailələri üçün yaşayış binası istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport verdikdən sonra  çıxış edərək Muxtar Respublikada aparılan ordu quruculuğundan danışıb. Ali Məclisin sədri Vasif Talıbov yeni əsgəri məişət-yaşayış kompleksi və zabit ailələri üçün yaşayış binasının istifadəyə verilməsi münasibətilə hərbi hissənin əsgərlərini, zabit heyətini və onların ailələrini təbrik edib, xidməti vəzifələrində uğurlar arzulayıb. V.Talıbov deyib ki, hər bir dövlətin möhkəmliyi, onun müstəqilliyinin davamlılığı üçün ordunun güclü olması vacib şərtlərdən biridir: “Ordunun güclü olması üçün  dövlət qayğısı, xalq dəstəyi, dövlət-ordu-xalq birliyi vacib şərtlərdən biridir. Bütün bunlar ölkəmizdə mövcuddur. Dağlıq sərhəd bölgəsində yaradılan şərait dövlət dəstəyinin nəticəsidir. Orduya əhali tərəfindən qayğı da hər il keçirilən tədbirlərdə öz əksini tapır. Cari ildə də mövsüm ərzində hərbi hissələrə bayram sovqatları, kənd təsərrüfatı məhsulları aparılmışdır. Arxa cəbhədə olan analarımız, bacılarımız tərəfindən orduda xidmət edən əsgərlər üçün min dəstlərlə isti əlcəklər, corablar toxunaraq  hərbi hissələrə təhvil verilmişdir”.
Ali Məclisin sədri Vasif Talıbov orduya dəstək kampaniyasında iştirak edən hər bir şəxsə, hər bir təşkilata öz təşəkkürünü bildirib. Sonra əsgəri məişət-yaşayış kompleksinə və qərargah binasına baxış keçirilib. Ali Məclisin sədri kompleksin əsgər yataqxanası ilə tanış olub.

Paylaş:
Baxılıb: 1097 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31