Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə “Könüllülər Parlamenti - Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib

Milli Məclisdə “Könüllülər Parlamenti - Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib

21.02.2019 [09:57]

Fevralın 20-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı və komitənin üzvü Elşən Musayev Milli Məclisdə “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin iştirakçıları ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Aydın Mirzəzadə könüllülər hərəkatının son illərdə gənclərimizi daha çox əhatə etməyə başladığını və özünü doğrultduğunu söyləyib. Bildirib ki, gənclər bu hərəkata qoşulmaqla ictimai həyatda ilk addımlarını atırlar və burada qazanılmış təcrübə onların gələcəkdə cəmiyyətdə öz yerlərini tutmalarına kömək olacaq.
Məlahət İbrahimqızı və Elşən Musayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, aparılan islahatlardan danışıb, belə görüşlərin əhəmiyyətini vurğulayıblar. Deputatlar gənclərə təmsil etdikləri komitələrin gördükləri işlər, qanun yaradıcılığı prosesi və parlamentin iş prinsipi haqqında məlumat veriblər. Gənclər müxtəlif qanun layihələrinin hazırlanması, təkliflərin verilməsi, prosedur qaydalar və digər məsələlər haqqında məlumatlandırılıb.
Sonda layihə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30