Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

22.02.2019 [09:47]

Fevralın 21-də Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Merci Tembonla görüşüb. Görüşdə Baş nazirin müavini keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsinin dövlətin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindən biri olduğunu bildirib. O, icbari tibbi sıgortanın tətbiqi ilə əlaqədar çox ciddi islahatların həyata keçirilməsinin zəruriliyi barədə qonaqlara məlumat verib.
Merci Tembon Dünya Bankı Qrupunun Azərbaycanla sıx və davamlı tərəfdaşlığa verdiyi əhəmiyyəti vurğulayaraq, ölkənin inkişaf proqramının icrasına, Azərbaycanın dayanıqlı iqtisadi artım istiqamətində irəliləməsi sahəsində hər cür dəstək göstərə biləcəklərini söyləyib. Regional direktor icbari tibbi sığorta ilə bağlı institusional strukturun formalaşdırılması və imkanlarının genişləndirilməsi, universal tibbi təminata çatmaq üçün səhiyyənin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, tibbi xidmətin təşkili və keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən səhiyyədə insan resurslarının gücləndirilməsi məqsədilə həm klinik, həm də idarəetmə sahəsində bacarıqların artırılması ilə bağlı hər cür dəstəyə hazır olduqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 725 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30