/ / Bahar Muradova: Beynəlxalq cinayətlərlə bağlı qanun layihəsi rəy alınması üçün beynəlxalq dairələrə göndərilib
Bahar Muradova: Beynəlxalq cinayətlərlə bağlı qanun layihəsi rəy alınması üçün beynəlxalq dairələrə göndərilib
27.02.2019 [09:56]
Azərbaycan Milli Məclisi, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə həyata keçirdikləri “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsi çərçivəsində hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsi rəy alınması məqsədilə həm beynəlxalq dairələrə, həm də ölkənin müvafiq qurumlarına göndərilib.
Bunu “Trend”ə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
Qanun layihəsini mükəmməl sayan vitse-spiker hazırda onun müzakirə mərhələsində olduğunu, layihə üzərində məsləhətləşmələrin davam etdiyini söyləyib: “Təbii ki, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, hüquq-mühafizə orqanlarının bu qanunun tətbiqi zamanı meydana çıxa bilən problemlərlə bağlı rəyləri bizim üçün çox əsasdır. Ona görə də layihə rəylərin alınması üçün həmin qurumlara göndərilib. Rəylər alındıqdan sonra, yəqin ki, layihəni parlamentdə müzakirəyə qəbul edə biləcəyik. Bunun nə vaxt olacağı artıq rəy verən təşkilatların öz işlərini nə zaman başa çatdıracağından asılıdır. Biz də maraqlıyıq ki, həmin layihəni daha tez qəbul edək”.
B.Muradova qeyd edib ki, “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsi ilə bağlı çoxsaylı ictimai müzakirələr keçirilib: “Bu qanun beynəlxalq standartlara və sənədlərə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə hazırlanıb”.
Milli Məclisin sədr müavininin sözlərinə görə, layihə cinayətləri törədən dairələrin cəzasız qalmaması üçün hüquqi bazanın yaradılması istiqamətindəki tələbləri özündə ehtiva edir: “Qanun layihəsi qəbul olunduğu zaman Azərbaycan xalqına qarşı cinayət törədənlər mütləq şəkildə bu qanunun təsir dairəsinə düşəcəklər”.
O əlavə edib ki, Xocalı soyqırımı Azərbaycana və Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətli səhifəsidir. Lakin qanun layihəsi yalnız Xocalı soyqırımı ilə bağlı deyil: “Təbii ki, bu qanun qəbul olunub tətbiq olunduğu zaman həm Xocalı faciəsini törədənlər, həm buna qədər, həm də ondan sonra Azərbaycan xalqına qarşı vəhşilikləri, insanlıq əleyhinə cinayətləri törədənlər mütləq şəkildə bu layihənin təsir dairəsinə düşəcəklər. Bu qanunun ictimai müzakirələrində bildirilirdi ki, Qarabağ hadisələri üzərindən Ermənistanda hakimiyyətə gələrək özünün təhlükəsizliyini təmin edənlər bir gün bunu itirəcəklər. Bu gün o şəxslərin bir çoxu öz ölkəsində cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmə ittihamları ilə üz-üzədirlər. İndiki halda onlar öz vətəndaşlarına qarşı törətdikləri cinayətlərə görə ittiham olunurlar. Amma həmin insanlara qarşı ittihamların üzərinə insanlıq əleyhinə cinayət törədicisi kimi ittiham da əlavə olunacaq və onlar törətdikləri cinayət əməlinə görə məsuliyyət daşıyacaqlar”.
B.Muradova vurğulayıb ki, bu cinayət təkcə müəyyən qrup şəxslərin və daha sonra Ermənistan hakimiyyətini idarə edən rəsmi şəxslərin cinayəti kimi ortaya çıxmır, eyni zamanda, söhbət onların təhrikçiliyi və təşkilatçılığı ilə bütöv bir xalqın - Ermənistan xalqının bu cinayətə şərik olmasına səbəb olmaqdan gedir: “Ona görə də düşünürəm ki, Ermənistan xalqı, bugünkü Ermənistan iqtidarı bu cinayətlərə şərik olmadığını sübut etmək və insanlıq əleyhinə cinayət törədə biləcək bir iqtidarda olmadıqlarını göstərmək istəyirlərsə, bu ittihamı da əvvəlki hakimiyyətdə təmsil olunan cinayətkarlara qarşı irəli sürməlidirlər və öz xalqlarını belə bir ittiham qarşısında qoymamalıdırlar. Hesab edirəm ki, indi onların bu barədə düşünmək, qərar vermək və addım atmaq üçün vaxtları var”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

