Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Misir Mərdanov: Məktəblərdəki problemləri valideynlərin yaxından müdaxiləsi olmadan həll etmək mümkün deyil

Misir Mərdanov: Məktəblərdəki problemləri valideynlərin yaxından müdaxiləsi olmadan həll etmək mümkün deyil

13.11.2009 [09:53]

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov dünən Bərdə rayonunda olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, o, fiziki sağlamlıqlarında qüsur olan şagirdlərin oxuması üçün rayonda yeni təşkil olunmuş inkiluziv təhsil məktəbinin açılışında iştirak edib. Məktəbdəki şəraitlə tanış olan M.Mərdanov valideynlərlə görüşüb və bildirib ki, hal-hazırda orta ümumtəhsil müəssisələrindəki problemləri valideynlərin yaxıdan müdaxiləsi olmadan həll etmək mümkün deyil: “Bu gün valideynlər tez-tez məktəbdə olmalıdır, məktəbin bütün problemlərinin həllində yaxından iştirak etməlidir”.
Jurnalistlərin məktəblərdə məskunlaşmış məcburi köçkünlərlə bağlı sualına cavab olaraq nazir bildirib ki, bu barədə Azərbaycan Prezidentinin müvafiq Fərmanı var və bu Fərmana əsasən məktəblərdə məskunlaşmış köçkün ailələri normal həyat şəraiti ilə təmin edilib məktəb binalarından çıxarılacaq və həmin təhsil müəssisələri təmir edilib şagirdlərin ixtiyarına veriləcək.

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31