Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
06.03.2019 [09:40]
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər arasında təkbətək görüşdən sonra geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr davam etdirilib.
Nazir Elmar Məmmədyarov Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in mühüm rol oynadığını qeyd edərək bu xüsusda üzv ölkələrin ərazisində mövcud və həlli uzadılmış münaqişələrin təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayıb. Nazir Elmar Məmmədyarov fəaliyyətdə olan sədrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verib. Nazir Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq belə bəyanatların danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayıb. Danışıqlar prosesində Azərbaycanın mövqeyinin dəyişilməz olduğunu söyləyən E.Məmmədyarov işğal edilmiş torpaqlarımızdan Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı köçkünlərin doğma torpaqlarına geri qayıtmasının danışıqların təməl daşı olduğunu və bu tələbin BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunduğunu söyləyib.
Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə toxunaraq münaqişələr və onların humanitar nəticələrinin qarşısının alınması, vasitəçilik edilməsi və yumşaldılması məsələsinin bu sırada olduğunu diqqətə çatdırıb. O, bu baxımdan səfərinin münaqişə ilə bağlı vəziyyətə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığını bildirib.
Tərəflər Azərbaycan-ATƏT əməkdaşlığının gündəliyində duran bir sıra məsələləri də müzakirə ediblər. ATƏT-in iqtisadi və ətraf mühit məsələlərindən ibarət ikinci ölçüsü üzrə əməkdaşlığın canlandırılması məsələsinə toxunan nazir E.Məmmədyarov bağlılıq məsələlərinə xüsusi diqqət ayrılmasını qeyd edib. O, slovakiyalı həmkarına “Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə keçirilən xarici işlər nazirlərinin dördtərəfli görüşü barədə məlumat verib.
ATƏT-in ikinci ölçüsü üzrə əməkdaşlığın inkişaf etdirilməsi fikrini dəstəkləyən fəaliyyətdə olan sədr bu xüsusda ATƏT-in İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsini qeyd edib.
Azərbaycan-Slovakiya münasibətlərinə toxunan nazirlər Slovakiyanın Baş nazirinin ölkəmizə səfərinin nəticələrini yüksək qiymətləndiriblər. Bu xüsusda, slovakiyalı diplomat tezliklə ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin açılması ilə bağlı siyasi qərarını vurğulayaraq, bu qərarın ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini bildirib.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

