İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
28.03.2019 [09:41]
Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda İslam ölkələrinin dövlət və hökumət nümayəndələri iştirak edirlər. 42 ölkənin nümayəndəsinin qatıldığı iclasda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.
“Yeni Zelandiyada iki məscidə terror hadisəsi, müsəlmanlara qarşı nifrət və dözümsüzlüklə mübarizə” mövzusunda keçirilən növbədənkənar iclasın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Prezident ötən həftənin cümə günü Yeni Zelandiyada baş verən qanlı hadisə ilə bağlı İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsinin və bu məsələ ilə bağlı dünyaya mesaj verilməsinin zəruriliyini diqqətə çatdırıb. Prezident Türkiyənin İslam dünyasına qarşı planlı şəkildə həyata keçirilən, bütün insanlığa zidd hadisələrə biganə qalmayacağını vurğulayıb.
Prezident Ərdoğan təşkilatın bu toplantısının vacibliyini ifadə edərək, iclasda bir sıra məsələlərin araşdırılacağını və yekun qərarların veriləcəyini bildirib.
Tədbirdə çıxış edən Mübariz Qurbanlı bu müzakirələrə şərait yaratdığına və İslam dünyasında baş verən hadisələrə yüksək həssaslıq nümayiş etdirdiyinə görə Türkiyə Respublikasına dərin minnətdarlığını çatdırıb.
M.Qurbanlı bildirib ki, Azərbaycan terrordan əziyyət çəkən bir ölkə kimi dünyada baş verən terrorizmi beynəlxalq sülh üçün ən ciddi təhlükələrdən, müasir bəşəriyyətin üzləşdiyi ən amansız bəlalardan biri hesab edir. Eyni zamanda, biz bu ümumbəşəri bəlanı doğuran səbəblər və onun yayılmasına şərait yaradan şərtlərlə də ciddi mübarizə aparmalıyıq. Həll olunmamış silahlı münaqişələr, işğalçı siyasət, qeyri-humanist və nifrət təbliğatının yayılması, irqçilik, islamofobiya və ksenofobiyanın digər formaları xüsusi narahatçılığımıza səbəb olmalıdır.
Komitə sədri qeyd edib ki, dünyanın bir çox yerlərində davam edən silahlı münaqişələr, baş verən terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində islamofobiya, dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir. Buna görə də, coğrafiyamızdakı münaqişələrin həllinə, terrorizmə qarşı mübarizədə qəti mövqeyə, bütün üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasına yönələn birgə səylərimiz çox vacibdir.
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxladığını xatırladan M.Qurbanlı bildirib ki, təkcə 1989-1994-cü illər ərzində münaqişə dövründə Ermənistanın ölkəmizə qarşı təşkil etdiyi və bilavasitə mülki əhaliyə qarşı yönəlmiş terror kampaniyası nəticəsində minlərlə insan həlak olub və yaralanıb. Komitə sədri deyib: “Heç şübhəsiz ki, bu terror kampaniyasının kulminasiyası, 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımı cinayətidir. Bir gecədə erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş qırğın nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər mülki əhali qətlə yetirilib, 1,275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə naməlum qalmaqdadır”.
Toplantı qapalı iclaslarla işini davam etdirib. Sonda İstanbul Bəyannaməsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52

