Milli Məclisin növbəti iclası keçirilib
30.03.2019 [09:23]
İclasda millət vəkilləri gündəlikdə olan 25 qanun layihəsini qəbul ediblər
Martın 29-da Milli Məclisin növbəti iclası keçirilib. Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra ilk olaraq Milli Məclisin İnsan hüquqları komitəsinin üzvünün seçilməsi haqqında qərar layihəsi təsdiq edilib və Naqif Həmzəyev komitənin üzvü seçilib.
Sonra parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Ümumi təhsil haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş) məlumat verib. O bildirib ki, qanun layihəsi birinci və ikinci oxunuşların müzakirəsi zamanı deputatların fikirləri və təklifləri əsasında daha da təkmilləşdirilib. Zəruri olan, təhsilin inkişafına xidmət edən təkliflər nəzərə alınıb. Sənəd üçüncü oxunuşda təsdiq olunub. Qeyd edək ki, bu qanun respublikamızda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.
Daha sonra millət vəkilləri “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə müsbət münasibət bildiriblər.
Daha sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və Mülki Prosessual Məcəllədə və “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Dəyişikliklər “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun icrası ilə əlaqədardır.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi (üçüncü oxunuş) layihəsi haqqında məlumat verib. Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, millət vəkili Aydın Mirzəzadə və digərləri öz təkliflərini veriblər.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Telekommunikasiya haqqında” qanuna dəyişiklik edilməsi barədə layihələri (üçüncü oxunuş) təqdim edib. Dəyişikliklər qanunsuz telekommunikasiya xidmətlərinin qarşısının alınması məqsədlərinə xidmət edir.
İclasda, həmçinin “Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanun layihələri qəbul olunub.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirəyə təqdim edərək bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də əhalinin əsas istehlak mallarına olan tələbatının ödənilməsi məqsədilə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən üç il müddətinə əlavə dəyər vergisindən azad edilib. Bununla yanaşı, buğdanın emalından əldə olunan kəpəyin istehsalı və satışına müvafiq güzəşt nəzərdə tutulmamışdı. Bu isə öz növbəsində emal prosesində əldə olunmuş məhsulların maya dəyərinin, o cümlədən heyvandarlıq kompleksində yem kimi istifadə olunan kəpəyin satış qiymətinin artmasına səbəb olur. Buna görə kəpək istehsalı və satışına da güzəştlərin tətbiqi məqsədəuyğun hesab edilir. Eyni zamanda, un və çörəyin qiymətinin məqbul səviyyədə saxlanılması, yeni un istehsalçılarının buğda tələbatının ödənilməsi məqsədilə Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt müddətinin bir il uzadılması da məqsədəmüvafiq hesab olunur. Vergi Məcəlləsinə təklif olunan dəyişiklik də bununla bağlıdır.
Ziyad Səmədzadə, həmçinin “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə deyib ki, qanun layihəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda həyata keçirilən auditə dair məlumatların təqdim edilməsi qaydasının təkmilləşdirilməsi, habelə Hesablama Palatasının üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazılanıb.
İclasda, eyni zamanda, “Konstitusiya Məhkəməsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara da dəyişikliklər edilib.
Millət vəkilləri daha sonra “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli 142 nömrəli Qanununun ləğvi barədə” və “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun ləğvi barədə” qanun layihələrinə müsbət münasibət bildiriblər. Komitə sədri Əli Hüseynli deyib ki, bu barədə yeni qanunlar qəbul edildiyi üçün əvvəlki dövrdə qəbul edilmiş qanunlar ləğv edilir.
Daha sonra “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanunda dəyişiklik edilməsi müzakirə edilib. Təklif edilən dəyişiklik şəxsiyyət vəsiqəsi alan vətəndaşların məcburi daktiloskopik qeydiyyatdan keçirilməsini nəzərdə tutur. Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
İclasda İnzibati Xətalar Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanunda da dəyişikliklər edilib.
Həmçinin “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda, “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə” və “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihələri qəbul olunub. Qeyd edilib ki, dəyişikliklər “Peşə təhsili haqqında” qanuna, həmçinin bu qanuna edilən dəyişikliklərə uyğunlaşdırma məqsədi daşıyır.
İclasda son olaraq “Mediasiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu qanun qüvvəyə mindikdən sonra mülki işlər və iqtisadi mübahisələr, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr mediatorların vasitəçiliyi ilə həll olunacaq. Qanun layihəsinə əsasən, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparacaq.
Qanun layihəsi 5 fəsil 39 maddədən ibarətdir. Bu qanunun qüvvəyə minməsi və mediasiya institutunun yaranması ölkədə məhkəmələrin iş yükünün azalmasına xidmət edəcək və yeni fəaliyyət növü yaradacaq.
Müzakirələr zamanı deputatlardan Elmira Axundova, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Əflatun Amaşov, Azay Quliyev, Sahib Alıyev və komitə sədri Aqiyə Naxçıvanlı layihə ilə bağlı fikirlərini bildiriblər. Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

