Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
06.04.2019 [09:15]
Aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nazirlər əvvəlcə məhdud tərkibdə iclasın gündəliyinə daxil edilmiş məsələləri müzakirə ediblər.
İclas iştirakçıları MDB Dövlət Başçıları Şurasının Böyük Vətən müharibəsinin başlanmasının 80-ci ildönümü ilə bağlı Bəyanatının layihəsi, MDB Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın fəallaşdırılmasına dair fəaliyyət proqramı, Böyük Vətən müharibəsi abidlərinin və məzarlıqlarının qorunması, MDB ölkələrinin fundamental tədqiqatlar sahəsində dövlətlərarası münasibətlərin əlaqələndirilməsi və MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Sonra MDB Xarici İşlər Nazirləri Şurasının geniş tərkibdə görüşü keçirilib.
Görüşdə 2018-2019-cu illər MDB çərçivəsində Xarici İşlər nazirlikləri arasında məsələhətləşmələr Planına, MDB ölkələrinin muzey işi sahəsində əməkdaşlığı haqqında saziş layihəsinə, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların yerinə yetirilməsinin ötürülməsi haqqında konvensiyanın layihəsinə, MDB ölkələrində informasiya texnologiyalarından istifadə olunmaqla törədilən cinayətkarlıqla mübarizə sahəsində kadrların hazırlanmasına dair sənədlər imzalanıb.
Sonda Rusiya xarici işlər naziri Sergey Lavrov, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov mətbuat konfransı keçiriblər.
Mətbuat konfransında çıxış edən Türkmənistanın xarici işlər naziri R.Meredov MDB Xarici İşlər Nazirləri Şurası üzvlərinin Birlik çərçivəsində əməkdaşlığı inkişaf etdirmək barədə yekdil razılığa gəldiklərini qeyd edib.
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev çıxışında bildirib ki, MDB Xarici İşlər Nazirləri Şurasının bu iclasında mühüm qərarlar qəbul edilib. MDB XİN-lərinin qarşılıqlı fəaliyyəti, beynəlxalq təşkilatlarda əlaqəli iştirakı və digər vacib məsələlərlə bağlı razılıq əldə edilib. MDB-nin tezliklə fəaliyyətini dayandıracağı barədə şayiələrin əsassız olduğunu qeyd edən S.Lebedev bu il təşkilat çərçivəsində keçiriləcək mühüm tədbirlərin əhəmiyyətini vurğulayıb. O, MDB-də Türkmənistanın sədrliyini yüksək qiymətləndirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov beynəlxalq aləmdə suveren dövlətlərin daxili işlərinə qarışılması, tarixin saxtalaşdırılması kimi mövcud çağırışların qarşısının alınmasının vacibliyini vurğulayıb. O, bu sahədə MDB ölkələrinin fəaliyyətinin əlaqələndirilməsinin və BMT nizamnaməsinin norma və prinsiplərinə riayət olunmasının vacibliyini vurğulayıb.
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 10-da Aşqabadda keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

