/ / Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında yüksək səviyyəli dostluq, əməkdaşlıq əlaqələri mövcuddur
Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında yüksək səviyyəli dostluq, əməkdaşlıq əlaqələri mövcuddur
03.05.2019 [10:14]
Səudiyyə Ərəbistanı Krallığı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini əsas götürərək Ermənistanla diplomatik əlaqələrin qurulmasından imtina edib və birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Yerləşdiyi regionun lider dövləti olan Azərbaycan istər siyasi, istərsə də iqtisadi inkişafına görə son illərdə beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından birinə çevrilib. Ümumiyyətlə, Azərbaycan dövləti işğalçı Ermənistan istisna olmaqla bütün ölkələrlə və beynəlxalq qurumlarla ikitərəfli və çoxtərəfli əlaqələrə malikdir. Dünya ölkələri tərəfindən də yaxın tərəfdaş qismində qəbul edilən Azərbaycan öz milli maraqları çərçivəsində hər zaman əməkdaşlığa hazır olduğunu bildirib.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri ilə də ikitərəfli və çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verir. Bu əlaqələrdə İslam aləminin və ərəb dünyasının lider ölkələrindən biri olan Səudiyyə Ərəbistanı Krallığı xüsusi yerə malikdir. Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığı yenidən müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasını 1991-ci il dekabrın 30-da tanısa da, iki ölkə arasında diplomatik əlaqələr 24 fevral 1992-ci ildə qurulub. Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrinə verdiyi əhəmiyyətin göstəricisi kimi artıq 1994-cü ildə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Səudiyyə Ərəbistanı Krallığı isə ilk əvvəl Türkiyədəki səfirini, eyni zamanda, Azərbaycana akkreditasiya edib, 2000-ci ildən isə bu ölkənin Bakıda səfirliyi fəaliyyətə başlayıb. Vurğulanmalıdır ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 9-13 iyul 1994-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığına səfəri iki ölkə arasındakı əlaqələrin hərtərəfli inkişafı üçün dönüş nöqtəsi olub. Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iki ölkə arasındakı əlaqələrin inkişafına həmişə xüsusi diqqət yetirib. Bunu ölkə Prezidentinin Səudiyyə Ərəbistanı Krallığına 2 rəsmi, 3 işgüzar səfəri də təsdiqləyir. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına 5-7 aprel 2015-ci il tarixlərində etdiyi rəsmi səfər iki ölkə arasındakı münasibətlərin inkişafında və qardaş ölkələrimizin daha da yaxınlaşmasında xüsusi rol oynayıb. Ümumiyyətlə, iki ölkə arasındakı yüksək səviyyəli siyasi əlaqələr müxtəlif səviyyəli qarşılıqlı səfərlərin intensivliyi ilə xarakterizə olunur.
İki dövlət arasındakı əlaqələrin ən mühüm nöqtələrindən biri də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan ərazilərinin işğal olunmasına - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətidir. Belə ki, bu münasibət iki ölkə arasındakı əlaqələrin real mahiyyətini nümayiş etdirən ən mühüm məqam kimi diqqəti cəlb edir. Hərbi münaqişənin ən gərgin vaxtlarında Səudiyyə Ərəbistanı Krallığı tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərilmiş humanitar yardımlar Azərbaycan üçün böyük məna daşımaqla yanaşı, dost və qardaş Səudiyyə Ərəbistanı Krallığının nümayiş etdirdiyi İslam həmrəyliyinin ən ciddi nümunəsidir. Səudiyyə Ərəbistanı Krallığı məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini əsas götürərək Ermənistanla diplomatik əlaqələrin qurulmasından (rəsmi Yerevanın ardıcıl cəhdlərinə baxmayaraq) imtina edib. Bu siyasət bu gün də davam edir. Nəzərə almaq lazımdır ki, bu məqam İslam aləmində, o cümlədən ərəb dövlətlərində ictimai rəyin formalaşmasına güclü təsir göstərir. Beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü ilə bağlı qətnamələrin qəbul edilməsində (məsələn, 14 mart 2008-ci ildə BMT Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməyə dair keçirilmiş səsvermə) Səudiyyə Ərəbistanı Krallığı daim Azərbaycanın mövqeyini birmənalı dəstəkləyib, 2016-cı ilin aprel ayında İstanbulda keçirilmiş İƏT Sammiti Konfransının 13-cü sessiyası zamanı Ermənistan-Azərbaycan münaqişəsi üzrə kontakt qrupunun təsis edilməsində fəallıq nümayiş etdirib. Azərbaycan Respublikasının 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin Səudiyyə Ərəbistanı Krallığı tərəfindən dəstəklənməsi, Azərbaycan Respublikasının Prezidentinin 20-21 may 2017-ci il tarixlərində Ər-Riyadda keçirilmiş Ərəb-İslam-Amerika Sammitində iştirakı iki ölkə arasında çoxtərəfli səviyyədə əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsidir.
İki ölkə arasındakı siyasi əlaqələrin yüksək səviyyəsi digər sahələrdə də əməkdaşlığın hərtərəfli inkişafına imkan yaradıb. 2000-ci ildən Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Komissiyanın fəaliyyəti nəticəsində ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini tənzimləyən hüquqi-normativ bazanın çərçivəsi daha da genişləndirilib, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, investisiya qoyuluşu və s. sahələrdə əhəmiyyətli layihələr həyata keçirilib. Komissiyanın 2019-cu ilin martında Bakıda keçirilmiş 5-ci iclasında digər məsələlərlə yanaşı, ikitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı proqramı da imzalanıb.
2016-cı ilin fevral ayının 1-dən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarının sadələşdirilmiş viza rejimindən istifadə etməklə Azərbaycanın istənilən hava limanından viza əldə etmələri Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlərə verdiyi əhəmiyyətin göstəricisi olmaqla yanaşı, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsinə şərait yaradıb. 2016-cı ildə Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turistlərin sayı 7463 nəfər olduğu halda, 2017-ci ildə bu göstərici 33 min 273 nəfərə, 2018-ci ildə isə 73 min nəfərə çatıb.
İki ölkə arasında yeni və mühüm əməkdaşlıq istiqamətlərindən biri də hərbi sahədə əməkdaşlıqdır. 2017-ci ilin aprelində Azərbaycan Respublikasının müdafiə nazirinin Səudiyyə Ərəbistanı Krallığına səfəri, 2018-ci ilin fevralında Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana əməkdaşlıq əlaqələrinin müzakirəsi baxımından əhəmiyyətli olub. Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 2019-cu ilin aprelində Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı “Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Eləcə də 2017-ci ili “İslam həmrəyliyi ili” elan edən, 4-cü İslam Həmrəyliyi Oyunlarına ən yüksək şəkildə ev sahibliyi edən Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır. Səudiyyə Ərəbistanı Krallığının məscidləri, İslam mədəniyyəti abidələrini dağıdan Ermənistanla heç bir səviyyədə əlaqələrin qurulmamasına dair mövqeyi də Azərbaycanın bu məramı ilə həmahəngdir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

