Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Gələn ilin yanvarından hər kəsə icbari tibbi sığorta xidməti göstəriləcək

Əli Əhmədov: Gələn ilin yanvarından hər kəsə icbari tibbi sığorta xidməti göstəriləcək

08.05.2019 [09:48]

“Gələn ilin yanvarından Azərbaycanda hər kəsə ölkə miqyasında icbari tibbi sığorta xidməti göstəriləcək”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, hazırda icbari tibbi sığorta barədə işlər aparılır: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibinə keçən xəstəxanaların hazır vəziyyətə gətirilməsi üçün işlər aparılır və hüquqi normativ sənədlər hazırlanır. Vətəndaşlara müxtəlif kateqoriyalar üzrə xidmət göstərilməsinin maliyyələşməsi ilə bağlı formalar fərqli olacaq. Təbii ki, pensiyaçılar, əlillər dövlət tərəfindən sığortalanacaqlar”.
Baş nazirin müavini deyib ki, digər kateqoriyadan olan əhali isə icbari tibbi sığorta haqqını ödəməklə xidmətdən faydalanacaqlar: “Burada muzdlu işçilər üçün bir qayda nəzərdə tutulub. Onların əməkhaqqından, işə götürənin isə qazancından müəyyən faizlərin Dövlət Agentliyinə ödənilməsi nəzərdə tutulur. Muzdlu əməklə məşğul olmayanlar üçün müəyyən bir məbləğ müəyyənləşəcək. Bu ödəniş də o qədər böyük deyil”.

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31