Sahibə Qafarova: İdmanı siyasi oyunlara alət etmək cəhdləri qəbuledilməzdir
14.05.2019 [09:34]
Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr futbol üzrə Avroliqanın final oyununun keçirilməsinə az vaxt qalmış ədalətsiz və qeyri-obyektiv şəkildə ölkəmizə qarşı həqiqətdən uzaq ittihamlar səsləndirməyə başlayıblar. Biz anti-azərbaycançı mərkəzlər tərəfindən həyata keçirilən bu cür çirkin kampaniyaların əvvəllər də şahidi olmuşuq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.
Deputat bildirib ki, xaricdəki bəzi dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksəksəviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Nə zaman Azərbaycan bütün dünyanın diqqət mərkəzində olan tədbirlərə ev sahibliyi edir, bu qərəzli dairələr dərhal fəallaşmağa başlayırlar. Azərbaycan xalqı bu kampaniyanın əsas məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir. Əlbəttə ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbulolunmazdır. İdmanı belə ucuz siyasi oyunlara alət etmək cəhdləri cəmiyyətimiz tərəfindən qətiyyətlə pislənilir.
Millət vəkili deyib ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi qəbul olunur. Ölkəmizdə hər bir vətəndaşın, o cümlədən Azərbaycana gələn turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, beynəlxalq miqyaslı idman yarışlarına uğurla ev sahibliyi edir. Bu sırada birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, hər il keçirilən Formula 1 Bakı Qran-Prisi, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarını qeyd edə bilərik. Yeri gəlmişkən, elə UEFA və FIFA bayrağı altında keçirilən görüşlərin də yüksək səviyyədə baş tutduğunu xatırlatmalıyıq. Məlumdur ki, bu günə qədər Bakı istər futbol üzrə dünya və Avropa çempionatlarının seçmə mərhələdəki görüşlərinə, istərsə də UEFA Çempionlar Liqası və Avroliqanın qrup mərhələsindəki oyunlarına ev sahibliyi edib və bu zaman təşkilatçılıq baxımından paytaxtımız heç də Avropanın digər şəhərlərindən geri qalmayıb. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbilər Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud olan sabitlik və təhlükəsizlik mühitindən və bu kimi böyükmiqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar.
Milli Məclisin deputatının sözlərinə görə, Azərbaycan, həmçinin turizm ölkəsi kimi dünyada nüfuz qazanmağa başlayıb. Bu da təbiidir. Çünki ölkəmizdə turizmin yüksək inkişafına nail olmaq üçün hər cür şərait yaradılıb. “Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, xidmət infrastrukturu, otellər, ictimai yerlər yaradılıb. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri ön planda dayanır. Azərbaycan isə dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Sabitliyə və cinayətkarlığın aşağı səviyyəsinə görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sırada durur. Xatırladım ki, dünyada kriminal vəziyyətə dair statistikanı araşdıran Numbeo xidməti tərəfindən hazırlanan hesabatda Bakı 2018-ci ilin ən təhlükəsiz 50 şəhəri sırasında yer alıb. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlərdir və ölkəmizə turist axınını təmin edir. Təkcə ötən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlib. Əlbəttə ki, bu, Azərbaycanın turizm imkanlarına, ölkəmizdəki mövcud ictimai-siyasi sabitlik, təhlükəsizlik mühitinə olan inamın göstəricisidir. Bu gün Azərbaycan turistlər üçün sadələşdirilmiş viza rejimi tətbiq edir və hətta deyərdim ki, dünyada ən sadə viza rejimlərindən biri məhz ölkəmizdə tətbiq olunur. Ölkəmizdə otel qiymətləri bir çox Avropa dövlətlərindən qat-qat ucuz və sərfəlidir, nəqliyyat xərcləri də eyni qaydada. Bütün bunlar isə bir daha Bakının final oyununa ev sahibliyi etməsinin nə dərəcədə yerində olmasını təsdiq edən faktlardır”, - deyə deputat əlavə edib.
Sahibə Qafarova deyib ki, xarici anti-Azərbaycan dairələrin ölkəmizə qarşı bu qərəzli kampaniyası da heç bir nəticə verməyəcək: “Böyük Britaniya Xarici İşlər Nazirliyi və bu mövzuda qərəzli açıqlama verən, idman hadisəsini siyasiləşdirərək Azərbaycan haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa və yanlış yönləndirməyə xidmət edən fikirlər səsləndirən qurum və şəxslərə ən gözəl cavabı yenə də Azərbaycan xalqı verəcək. Bakıda Avroliqanın finalı ən yüksək standartlara uyğun keçiriləcək”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

