Radikal antimilli ünsürlərin “Brüssel şarlatanlığı”
16.05.2019 [09:30]
Yaxud xaricdə yaşayan xəyanətkarların erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmaq cəhdləri də fiaskoya uğradı
Sirr deyil ki, Azərbaycan dövlətinin yürütdüyü siyasi kursun yalnız milli maraqlarımıza xidmət etməsi, ölkəmizin əldə etdiyi böyük nailiyyətlər istər erməni lobbisini, istərsə də xarici anti-azərbaycançı mərkəzləri narahat edir. Bu səbəbdəndir ki, həmin ermənipərəst dairələrə xidmət edən “sapı özümüzdən olan baltalar” zaman-zaman məqsədli şəkildə fəallaşdırılır və erməni təbliğatının bir hissəsinə çevrilirlər. Yeri gəlmişkən, mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirmək cəhdi də bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir. Bu aksiya cəhdi ilə onlar erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan aldıqları böyük məbləğdə vəsaitləri “yuduqlarını” bir daha ortaya qoydular. Sosial şəbəkələrdə yayılmış kadrlardan da görünür ki, “plintus” səviyyəli, mağara təfəkkürlü bu qaragüruhçular nə qədər cılız, səviyyəsiz, tərbiyə və əxlaqi normaları tam deqradasiyaya uğramış, milli hissiyyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü Azər Badamov bildirib ki, ölkəmizin son illərdə əldə etdiyi uğurların qarşısında öz narahatlığını aşkar surətdə ortaya qoyan ermənipərəst mərkəzlər və onların sifarişlərini yerinə yetirənlər Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Millət vəkili qeyd edib ki, məhz Brüsseldə də ölkəmizi sevməyən anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirən belə 3-4 nəfər xain bir daha öz səviyyəsizliklərini göstərərək aksiya keçirmək istəyiblər: “Onların videoçəkilişinə baxdım və təəssüfləndim ki, onlar Azərbaycan dilində danışırlar və özlərini azərbaycanlı adlandırırlar. Nə xarici görünüşləri, nə də hərəkətləri azərbaycanlıya oxşamayan bu şəxslər müəyyən qrantlar hesabına Azərbaycan xalqını və dövlətini təhqir etməyi özlərinə peşə seçiblər. Mən onlara çox təəssüf edirəm”.
Millət vəkili bildirib ki, bu adamlar Azərbaycan dövlətinin və xaricdəki diasporumuzun erməni işğalına son qoymaq istiqamətində səylərinin zəiflədilməsinə cəhd göstərir, buna görə də erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar: “Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət kursu nəticəsində ölkəmiz bu gün dünyada tanınır, beynəlxalq aləm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini dəstəkləyir. Bu xəyanətkar xislətli insanlar Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə yüksəltdilər. Ən əsası isə bir daha bəlli oldu ki, bu insanları dəstəkləyən yoxdur. Bu adamlar hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibətini artıq gizlətmirlər və pərdələməyə çalışmırlar. Onların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, mayın 13-də Brüsseldə 3-4 nəfər antimilli ünsürün aksiya keçirmək cəhdi anlaşılmaz, gülməli və rüsvayçı təsir bağışlayıb. Onun sözlərinə görə, antimilli radikal düşərgənin böyük sürətlə aşılandığı və sıralarının seyrəldiyi artıq aşkar görünür: “Brüsseldə son çırpıntılar üçün toplaşan 3-4 radikal, məncə, tam iflas prosesi yaşayan radikalların son nümayəndələridir. Ortada bir neçə nəfər qalıb. Bizim üçün vacib olan odur ki, radikal antimilli qruplaşma Azərbaycana düşmən qüvvələrin əlində həm alət oldular, həm də onların oyunlarının içində əriyib gedirlər. Brüssel səhnəsini antimillilərin son iflas aksiyası da saymaq olar”.
A.Quliyev söyləyib ki, antimilli yol tutanların vətənpərvərlik mövqeyindən danışması mümkünsüzdü. Onun fikrincə, öz dövlətinə qarşı anti-Azərbaycan mərkəzlərinin oyununu oynamaq vətənpərvərlik adlana bilməz. Antimilli ünsürlərin Brüssel “cəhdlərinin” Azərbaycan cəmiyyətində də heç bir əks-səda vermədiyini önə çəkən A.Quliyev bunu təbii sayır: “Bu, belə də olmalı idi. Yəni, onların qismətində Azərbaycan tarixinin lənətlənmiş personaları kimi əbədi qalmaq rüsvayçılığı var imiş. Azərbaycan öz yolu ilə irəliləyir, əzilməkdə olan üç-dörd radikalın çığır-bağır salması bu yola təsir etmək gücündə deyil”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

